İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

“RİTN mobil operatorlara qarşı ayrı-seçkilik siyasəti yürüdür”

09.12.2009 [22:01]

Fontu böyüt:      

“Bizdə lisenziya cəmi 11 min manatdır. Sual meydana çıxır: niyə tender keçirilmədi? Niyə RİTN hədiyyə verir? Niyə ayrıseçkilik siyasəti yürüdür? Nazirlik izahat verməlidir”

"RİTN mobil operatorlara qarşı ayrı-seçkilik siyasəti yürüdür"- bu sözləri Turan-a müsahibəsində Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.Belə ki, dünən Azercell şirkəti Azərbaycanda 3G texnologiyasının lisenziyalaşdırılması barədə bəyanat yayıb.

    Bu bəyanat Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) 3G xidməti üçün başqa bir mobil rabitə operatoruna - Azərfona lisenziya verəndən sonra yayılıb. Azercell şirkəti lisenziya üçün dəfələrlə RİTN-ə müraciət edib. Amma bu vaxtadək şirkətə lisenziya verilməyib. Müstəqil ekspert və Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün sözlərinə görə, RİTN 3G-nin tətbiqini qəsdən ləngidir. “Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmira Vəlizadənin bəyanatı bunu sübut edir. Müsahibədə bu fikir qırmızı xətlə keçir ki, qonşu ölkələrdə 3G yoxdursa, tələsməyə nə lüzum? Vəlizadə qəsdən cəmiyyəti çaşdırır”, deyə o, Turan-a bildirib.

    AİF prezidenti məlumat verib ki, inkişaf etmiş ölkələrdə 3G 2001-ci illdən tətbiq edilib. MDB-yə gəlincə, 3G Gürcüstanda 2006-cı ildə, Belarusiya, Rusiya, Ukrayna, Özbəkistanda 2007-ci ildə, Moldovada 2008-ci ildə tətbiq olunub.

    Gündüz 3G lisenziyasının təkcə bir operatora verilməsini qanunsuz adlandırıb. “Azercell bu məqsədlə 2 il əvvəl müraciət edib. Bundan başqa, şirkət ölkə prezidentinə 3G nümayiş etdirərək, Bakı ilə Naxçıvan arasında video-audio rabitə yaradıb.

    Lisenziya məsələsini prezident İlham Əliyevlə müzakirə etmək üçün 13 may 2009-cu ildə TeliaSonera şirkətinin baş icraçı direktoru Lars Niberq Bakıya gəlmişdi. Amma lisenziyanı ölkə iqtisadiyyatına 1 mlrd manat qoyan Azercell yox, bazara təzə çıxan Azerfon aldı”, - deyə o əlavə edib.

    “Dünya təcrübəsində lisenziya verilməsinin 3 üsulu var: hərrac yolu ilə, tenderlə və fəaliyyətin təhlili yolu ilə. RİTN heç olmasa Azercell-in ərizəsini müzakirə etməli, ən pis halda hər iki şirkətə lisenziya verməli idi. Amma o, başqa cür hərəkət etdi. Nəticədə Azerfon marketinq üstünlüyü və yeni korporativ müştərilər əldə etdi.

    Dünyada 3G lisenziyası ucuz deyil. Ukraynada lisenziyanın dəyəri $30 mln-dur, inkşaf etmiş ölkələrdə isə yüz milyon, hətta milyardlardan söhbət gedir. Bu, ona görədir ki, lisenziya tezliklə əlaqədardır, bu isə dövlət resursudur və məhduddur. Bizdə lisenziya cəmi 11 min manatdır. Sual meydana çıxır: niyə tender keçirilmədi? Niyə RİTN hədiyyə verir? Niyə ayrıseçkilik siyasəti yürüdür? Nazirlik izahat verməlidir”, - deyə Gündüz sözünə yekunlaşdırıb. -


xeberler.az
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar