Fontu böyüt:
Yenilik gətirmək, dünya bazarında fərqlənmək üçün texnologiya məhsullarını istehsal edən şirkətlər nələr etmirlər? İndi də ənənəvi üsulla yandırdığımız şamı tamamilə yeni hala salıblar. Philips şamı inkişaf etmiş bir şəkildə təqdim edir. Philips Imageo Şam İşığı dəsti, şüşə içində alov olmadan şam işığının istiliyini hiss etdirir.
Məhsul 3 ədəd LED-li şam və bir ədəd şarj hissəsindən ibarətdir. 12 ədədlik şam dəsti hotellər, kafelər və restoranlar üçün yalnız sarı rəngdə nəzərədə tutulub. Titrək şam işığı görünüşü təmin edən Philips Imageo Şam İşığı dərtlərinin adi istifadəçilər üçün başqa cür rəng alternativləri də var. Romantikanı sevənlər üçün sarı, qırmızı və mavi rəng seçimləri təklif edilir. Şamın yandırmaq-söndürmək düyməsi yoxdur.
Yalnız şarj hissəsini geri çevirməklə söndürmək olur. 10 saat şarj ediləndən sonra 20 saat yandırmaq olur. Philips-in təqdim etdiyi şam dəstinin nə qoxusu, nə də küləkdən sönmək ehtimalı var. Imageo LED Şam İşığı xarici məkan üçün də rahatlıqla istifadə edilə bilər. Qiyməti təxminən 40-45 manat arasında dəyişir.