İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

“Bakutel-2013” sərgisində “Teleradio” İB-nin stendi yeni texnologiyaların nümayişi ilə təmsil olunacaq

22.11.2013 [11:16]

Fontu böyüt:      

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Teleradio” İstehsalat Birliyi “Bakutel-2013” 19-cu Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisində yeni texnologiyaları nümayiş etdirəcək.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Teleradio” İstehsalat Birliyi  “Bakutel-2013” 19-cu Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisində yeni texnologiyaları nümayiş etdirəcək.

 Birliyin yaydığı məlumata görə, nümayişə DVB-T standartlı rəqəmli televiziya yayım şəbəkəsinin respublika ərazisində qurulması ilə yeni televiziya yayım standartının tətbiqi, İPTV-nin perspektivliyi, rəqəmli radio-rele şəbəkəsinin səmərəliliyi və “Teleradio” İB-nin iqtisadi və texniki göstəricilərinin artım dinamikası istiqamətləri daxildir. 
Qeyd edək ki, builki sərginin fərqləndirici cəhəti çoxsaylı milli stendlərin iştirakı olacaq və bu stendlər sərgidə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin fəal dəstəyi ilə iştirak edirlər. Belarus, Macarıstan, İsrail, İspaniya, Kanada, Latviya, Litva, Fransa, Xorvatiya, Estoniya və bir sıra digər ölkələrin milli stendləri də sərgidə geniş şəkildə təqdim olunacaq.

 Əfqanıstan, İtaliya, İraq və ABŞ-dan olan milli qruplar isə sərgidə ilk dəfə iştirak edəcəklər. Bu il “Bakutel” sərgisinin baş sponsoru sərginin daimi iştirakçısı, habelə informasiya texnologiyaları sahəsində ən böyük amerikan şirkətlərindən biri olan “HP” şirkətidir.
Sərginin təşkilatçıları qismində “Iteca Caspian” MMC və onun tərəfdaşı “ITE Group plc” şirkəti çıxış edirlər.
Xatırladaq ki, “Bakutel” sərgisinin beynəlxalq nüfuzu bu sahə üzrə beynəlxalq təsisatların, o cümlədən Birləşmiş Millətlər Təşkilatı (BMT), Beynəlxalq Elektrik Rabitə İttifaqı (ITU) və Regional Rabitə Birliyinin (RRB) dəstəyi, habelə Ümumdünya Sərgi Sənayesi Assosiasiyasının (UFI) keyfiyyət nişanı ilə təsdiq olunur.(ictnews.az)

Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar