Fontu böyüt:
Müfti chat yalanları mövzusunda danışdı. Yalan yalandır, virtualı, gerçəyi olmaz."Yalan danışmaq günahdır və haramdır" dedi.
RİYAD MEDİA-nın xəbərinə görə, Türkiyənin Sakarya Müftisi Sinan Dünya internetdə yalan danışmanın az qala sıraviləşdiyinə diqqət çəkərək deyilən yalanın gerçək həyatdakından heç bir fərqi olmadığını söyləyib. Dünya "Yalan yalandır, virtualı, gerçəyi olmaz. Yalan danışmaq günahdır və haramdır" deyib.
Dünya, etdiyi şərhdə virtual mühitdəki söhbət və paylaşma saytlarında insanların çox asan yalan söyləyə bildiklərini, çox əhəmiyyət verilməyən bu vəziyyətin cəmiyyət üçün təhlükəli bir gediş olduğunu xəbərdarlıq edib.
İnsanların virtual aləmdə özlərini olduğundan fərqli tanıtmalarının, yalana müraciət etmələrinin gedərək yayıldığını ifadə edən Dünya, bir Müsəlmanın nə gerçək, nə də virtual aləmdə yalan danışmamasının söz mövzusu ola bilməyəcəyini qeyd etdi. Dünya, dinin yalanı qadağan etdiyini, yalan danışmanın günah və haram olduğunu vurğuladı.
Virtual mühitdə deyilən yalanın gerçək həyatdakı təsir sahəsindən daha geniş olduğunu ifadə edən Dünya, "Bəlkə gün içində üz-üzə görüşülən bir neçə adama yalan deyilə bilər. Peşman olunsa halallıq alına bilər. Ancaq virtual mühitdə bir düyməylə minlərlə adama çatıldığından yalanın təsir sahəsi daha böyük olur.
Yenə virtual aləmdə heç tanımadığımız bir çox insanla gün içində söhbət edirik. Bəlkə bu kəslərin bir uşağıyla bir daha heç yazışmırıq. Unudub gedirik. Virtual aləmdə söylədiyimiz yalandan peşman olsaq belə bu insanları tapıb halallıq istəmək mümkün deyil" bildirib.