İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

“Azercell” tələbələri sevindirdi

27.12.2010 [15:06]

Fontu böyüt:      

“Azercell Telekom” MMC-nin bu il noyabrın 1-də elan etdiyi Tələbə Təqaüdü Proqramının nəticələri müəyyən edilib. Şirkətin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, mərhələli seçim prosesinin sonunda tələbə “Azercell”in Təqaüdçüsü adına layiq görülüb. Proqram qalibi olan bu tələbələr ali təhsil müddətinin sonunadək “Azercell” şirkəti tərəfindən 200 manat məbləğində aylıq təqaüd alacaqlar.

“Azercell Telekom” MMC-nin bu il noyabrın 1-də elan etdiyi Tələbə Təqaüdü Proqramının nəticələri müəyyən edilib.

Şirkətin mətbuat xidmətindən verilən məlumata görə, mərhələli seçim prosesinin sonunda 7 tələbə “Azercell”in təqaüdçüsü adına layiq görülüb. Proqram qalibi olan bu tələbələr ali təhsil müddətinin sonunadək “Azercell” şirkəti tərəfindən 200 manat məbləğində aylıq təqaüd alacaqlar. Lakin Tələbə Təqaüdü Proqramının üstünlüyü yalnız maddi dəstəklə bitmir. Təqaüdlə yanaşı, bu gənclər telekommunikasiya sahəsi haqda biliklərini artırmaq, şirkətin korporativ tədbirlərinə dəvət almaq, müxtəlif təlimlərdə iştirak etmək və şirkətdə təcrübə keçmək imkanını əldə edəcəklər. Aşağıda adları çəkilən tələbələr 2011-ci il “Azercell”in Tələbə Təqaüdü Proqramının qalibləri elan olunublar:

1. Cəfərov Elvin Yaqub oğlu, Azərbaycan Dövlət İqtisad Universiteti, Maliyyə fakültəsi, 4-cü kurs

2. Cəfərov Vəli Əli oğlu, Qafqaz Universiteti, Kompüter Mühəndisliyi fakültəsi, 5-ci kurs

3. Əfəndiyev Elvin Nizami oğlu, Bakı Dövlət Universiteti, Tətbiqi Riyaziyyat və Kibernetika fakültəsi, 4-cü kurs

4. Kazımzadə Günay Tofiq qızı, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı, Tətbiqi Riyaziyyat fakültəsi, 3-cü kurs

5. Mürvətov Kamran Əli Əsgər oğlu, Azərbaycan Dövlət İqtisad Universiteti, Beynəlxalq İqtisadi Münasibətlər fakültəsi, 3-cü kurs

6. Qayıbov Tural Söhbət oğlu, Azərbaycan Dövlət İqtisad Universiteti, Maliyyə fakültəsi, 3-cü kurs

7. Şükürov Orxan Asif oğlu, Qafqaz Universiteti, Sənaye Mühəndisliyi fakültəsi, 5-ci kurs

Qeyd edək ki, proqramda seçim prosesi bir neçə mərhələdən ibarət olub. İlk mərhələdə proqram üçün müraciət edən tələbələr məntiq məsələlərindən ibarət yazılı tapşırıqları yerinə yetirib, həmçinin müxtəlif mövzularda ingilis dilində inşa yazıblar. Son mərhələdə tələbələr “Azercell” şirkətində rəhbər vəzifələrdə çalışan işçi və mütəxəssisləri tərəfindən keçirilən üz-üzə müsahibələrdə öz akademik bilikləri, dünya görüşü, elmə və təhsilə həvəsini göstərmək imkanına malik olmuşlar. Bütün mərhələlərdən uğurla keçən tələbələr təqaüd proqramının qalibləri seçiliblər.

Tələbə Təqaüdü Proqramının məqsədi müvəffəqiyyətlə təhsil alan tələbələrə xüsusi qayğı göstərmək və onlara gələcəkdə peşəkar kimi formalaşmasına dəstək olmaqdır. Daim Azərbaycanın akademik potensialının yüksəlməsinə yönəlmiş layihələri dəstəkləyən “Azercell” şirkəti Tələbə Təqaüdü Proqramı üzrə müraciət göndərən bütün tələbələrə minnətdarlığını bildirir və qalibləri təbrik edir.


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar