İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Azərbaycan genişzolaqlı internetin inkişafına görə MDB-nin lideridir

31.10.2014 [09:07]

Fontu böyüt:      


Azərbaycan Beynəlxalq telekommunikasiya İttifaqının (BTİ) 2013-cü ilin nəticələrinə əsasən genişzolaqlı internetin inkişafını əks etdirən hesabatında mövqelərini yüksəldib.

17 balla 48-ci yerdə qərarlaşan Azərbaycan MDB məkanında stasionar genişzolaqlı internetin əhatə dairəsinə görə Rusiyanı (50-ci yer), Moldovanı (60-cı yer), Qazaxıstanı (68-ci yer), Türkiyəni (69-cu yer), Gürcüstanı (72-ci yer), Ukraynanı (78-ci yer), Ermənistanı (80-ci yer), İranı (92-ci yer) geridə qoyub.

Bundan başqa, mobil genişzolaqlı şəbəkə istifadəçilərinin sayına görə Azərbaycan 43.9 balla 46-cı yerdə qərarlaşıb. Beləliklə, Azərbaycan Qazaxıstan, Litva, Moldova, Belarus, Ermənistan, Gürcüstan və digər MDB ölkələrini, eləcə də, qonşu Türkiyəni geridə qoyub.

İnkişaf edən ölkələrdə internetlə təmin edilmiş ev təsərrüfatlarının sayına görə Azərbaycan beynəlxalq reytinqdə 51.5 balla 23-cü yerdə qərarlaşıb. Bu reytinqdə Azərbaycan qonşu Türkiyəni, İranı, Gürcüstanı, Ermənistanı xeyli geridə qoyub.

İnternetdən istifadə edən insanların sayına görə ölkələrin reytinqinə əsasən, Azərbaycan 58.7 balla 63-cü yerdə qərarlaşıb və bununla da Qazaxıstanı, Türkiyəni, Ukraynanı və Ermənistanı qabaqlayıb.

İnkişaf etmiş ölkələrdə internetdən istifadə edən insanların sayına görə beynəlxalq reytinqdə Azərbaycan 58.7 balla 24-cü yeri, MDB məkanında isə birinci yeri tutub.

Reytinqlər BTİ ilə UNESCO-nun rəqəmli inkişafın təşviqi məqsədi ilə yaratdıqları “Genişzolaqlı Rabitə Komissiyası”-nın keçirdiyi araşdırmalar əsasında hazırlanıb.


Aynur Vəliyeva ictnews.az

Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar