21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
17 may - Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür. Bununla əlaqədar, may ayının 16-da, Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bu günə həsr olunmuş tədbir keçirəcək.
«Hyatt Regency» mehmanxanasında saat 10:00-da təşkil olunacaq tədbirdə beynəlxalq qurumların, dövlət sektorunun, qeyri-hökumət təşkilatların nümayəndələri, İKT sahəsində fəaliyyət göstərən özəl şirkətlərin prezidentləri və rəhbərləri, eləcədə KİV nümayəndələri iştirak edəcək.
Qeyd edək ki, 2006-cı ildə BMT Baş Assambleyası Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) yaradılması günü münasibəti ilə 17 may tarixini Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü elan etmişdir. Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününün əsas məqsədi internetdən və informasiya-kommunikasiya texnologiyalarından istifadənin cəmiyyətlərə və ölkələrə verdiyi imkanlar və «rəqəmsal fərqliliyin» aradan qaldırılması barədə məlumat səviyyəsinin artırılmasına kömək göstərməkdən ibarətdir.
Bu tarix bütün proqramçıların, sistem administratorların, internet-provayderlərin, veb-dizaynerlərin və informasiya texnologiyası sahəsində fəaliyyət göstərən hər bir şəxsin bayramı hesab olunur.