Fontu böyüt:
Azərbaycanın mobil rabitə operatoru “Azerfon” şirkəti (“Nar Mobile” ticarət nişanı) Bakıda keçirilən XVI Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisi (BakuTel-2010) çərçivəsində yeni abunəçilər üçün mobil telefon qazanmaq şansı təşkil edib.
Şirkətdən verilən məlumata görə, sərgi zamanı stenddə “Nar Mobile” nömrəsi alan hər bir yeni abunəçi mobil telefon əldə etmək üçün real imkan qazanacaq. Sərgidə hər gün 3 mobil telefon «Nar Mobile» tərəfindən yarışmanın nəticələrinə görə yeni abunəçilərə təqdim olunacaq.
Qeyd edək ki, noyabrın 23-də işə başlayan sərgi noyabrın 26-dək davam edəcək.