Fontu böyüt:
"Azərbyacanın Mətbuat Şurasının sədri ATƏT-in Bakı ofisinin rəhbəri ilə görüşüb. Şuranın sədri Əflatun Amaşov ofisin rəhbəri Ali Bilge Cankorel ilə hər iki təşkilat arasında media sahəsindəki əlaqələrin genişlənməsinə, keçid dövrünü yaşayan Azərbaycan mətbuatının problemlərinə, bunların həlli yollarına dair fikir mübadilələri aparılıb", - Trend-ə Mətbaut Şurasından bildirilib.
Azərbaycanda dörd minə yaxın kütləvi infоrmаsiyа vаsitəsi qеydiyyаtdаn kеçib. Hаzırdа оnlаrdаn 600-ə yахını fəaliyyət göstərir. Təхminən 400-ə qədər qəzеt və jurnаl dərc оlunur, 8 ümumrespublika, 14 regional, 13 kabel televiziyası fəаliyyət göstərir. Аzərbаycаndа 50-yə yaxın elektron KIV, təxminən 20 informasiya agentliyi vаr. Qalanları isə internet resurslarıdır
Amaşov rəhbərlik etdiyi qurumun yaranma zərurəti, media-ictimaiyyət, media-hakimiyyət münasibətlərinin tənzimlənməsi istiqamətindəki fəaliyyəti barədə məlumat verib. "Amaşov şuranın indiyədək ATƏT-in Bakı ofisi ilə əməkdaşlıq təcrübəsindən, reallaşdırılan birgə tədbirlərindən söhbət açıb, bunların əhəmiyyətli cəhətlərini vurğulayıb", - məlumatda qeyd edilir.
ATƏT-in Bakı ofisinin rəhbəri qarşılıqlı əməkdaşlığın daha da möhkəmlənməsindən Azərbaycan mediasının fayda götürəcəyinə ümidvar olduğunu deyib. "Bunun üçün məqsədyönlü layihələrin həyata keçirilmə zərurətinə toxunan ATƏT təmsilçisi konkret fəaliyyət istiqamətləri üzrə işçi qrupların yaradılmasını vacib sayıb", - Şuranın məlumatında vurğulanır.
Amaşov həmçinin Avropa Şurası Baş katibinin xüsusui nümayəndəsi Veronika Koteklə bu gün keçirdiyi görüşdə Azərbaycanda müstəqil mətbuatın inkişaf etdirilməsi istiqamətində qurumun təşəbüsslərini dəstəklədiyini bildirib. Görüşdə "Diffamasiya haqqında" qanun layihəsi ilə bağlı fikir mübadiləsi aparılıb.