İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

«Azercell» şirkəti yeni kampaniyaya başlayıb

14.04.2009 [13:51]

Fontu böyüt:      

Azərbaycanın aparıcı mobil rabitə operatoru olan «Azercell Telecom» şirkəti «Dost-Tanış» xidməti üzrə yeni «Əzizlərim» kampaniyasına başlayıb.

 Azərbaycanın aparıcı mobil rabitə operatoru olan «Azercell Telecom» şirkəti «Dost-Tanış» xidməti üzrə yeni «Əzizlərim» kampaniyasına başlayıb.

Şirkətdən xeberler.az-a verilən məlumata görə, «Dost-Tanış» nömrələri ilə beşqat artıq güzəştlə danışmaq mümkündür. Bu vaxta qədər həmin xidmət çərçivəsində yalnız 1 nömrəni «Dost-Tanış» siyahısına əlavə etmək mümkün idisə, kampaniya müddətində daha 3 «Azercell» nömrəsini və hətta əlavə olaraq 1 yerli sabit şəbəkə (şəhər) nömrəsini də öz «Dost-Tanış»ları kimi qeyd etmək olar.

Altı ay davam edəcək kampaniya dövründə fakturasız xətt abonentləri «Dost-Tanış» nömrələrlə əvvəlkindən daha da güzəştli şərtlərlə danışa biləcək. Belə ki, «Azercell»ə aid «Dost-Tanış» nömrələri ilə 1 kontur/5 saniyə, yerli sabit şəbəkə nömrəsi ilə isə 1 kontur/3 saniyə tarifi ilə danışmaq mümkündür.

Kampaniya dövründə seçilən yeni «Dost-Tanış» nömrələri üçün güzəştli tariflər yalnız 60 gün tətbiq ediləcək. Lakin 6 aylıq kampaniya boyunca abonent yenidən istənilən nömrəni (ya əvvəlki nömrəni, ya da başqa birisini) «Dost-Tanış» siyahısına əlavə edib, onlarla qeyd edilən güzəştli tariflərlə danışa bilər.

Hər dəfə hansısa nömrəni «Dost-Tanış» siyahısına salmaq üçün həmin nömrəni SMS mətninə daxil edib 8080 qısa nömrəsinə göndərmək lazımdır. Əgər abonent «Dost-Tanış» siyahısındakı hər hansı bir nömrənin yerinə başqasını əlavə etmək istəyərsə, onda SMS mətninə əvvəlcə köhnə nömrə, ardınca da yeni nömrəni yazıb 8080 qısa nömrəsinə göndərməlidir. Bu qısa nömrəyə göndərilən bir SMS-in qiyməti 99 konturdur.


xeberler.az
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar