Aydın Doğan son addımı atıb
Baş nazir Rəcəb Tayyib Ərdoğanla ulduzu barışmayan və şirkətinə 3 milyard dollar cəza kəsilən “Doğan” Şirkətlər Qrupunun rəhbəri Aydın Doğan son addımı atıb.
“Doğan” Şirkətlər Qrupu mediadakı qurumlarının satışı üçün “Goldman Sachs”a səlahiyyət verib.

“Hürriyət” qəzeti və “CNN Türk” telekanalının da aralarında olduğu yayın orqanlarını “Murdoch”, “Time Warner”, “Vivendi”, RTL və “Axel Springer” kimi şirkətlər almaq istəyirlər və artıq hərəkətə keçiblər.
“Doğan” Şirkətlər Qrupu 2 milyard dollar civarında bir satış həyata keçirmək isətyir. Böyük Britaniyanın məşhur “Financial Times” qəzeti yazıb ki, keçən il 3 milyard dollar cəza kəsilməsi “Doğan” Şirkətlər Qrupuna böyük zərbə olub. Satış gələn ilk rübündə başa çata bilər. Media orqanlarını almaq istəyən şirkətlərin təklifləri gələn həftədən araşdırılmağa başlanılacaq.