Fontu böyüt:
“Microsoft” korporasiyası “Mac” kompüterləri üçün “Office 2011” paketini oktyabrın 26-da buraxacaq.
Xeberler.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, “Apple” şirkətinin kompüterləri üçün “Office” paketini “Amazon” internet-mağazasından əvvəlcədən sifariş etmək mümkündür.
Ev istifadəçisi üçün proqramın (“Microsoft Office for Mac Home and Student”) qiyməti 120 dollardır. Buraya “Word”, “Excel” və “PowerPoint” redaktor əlavələri daxildir. 200 dollar ödəməklə “Office”nin “Outlook” poçt proqramı ilə təchiz edilmiş versiyasını, yəni “Microsoft Office for Mac Home and Business”i sifariş etmək olar.
Tərtibatçılar paketin proqramlarının iş sürətini xeyli artırıb və yüklənmə müddətini azalda biliblər. Bundan əlavə, “Microsoft” tərəfindən bir sıra digər texniki yeniliklər də təqdim olunub. “Word” mətn redaktoru proqramında sənədlərin qatlarla baxılması imkanı əlavə edilib. Bu rejimdə ayrıca qatlarda müxtəlif kontent növləri (misal üçün, mətn, cədvəl, şəkil və s.) avtomatik təsvir olunacaq.