Fontu böyüt:
Microsoft korporasiyasının Azərbaycan nümayəndəliyi Təhsil Nazirliyi və Madad təşkilatı ilə birgə həyata keçirilən layihə çərçivəsində bu il məktəblərdə İT-Akademiyaların açılışına başlamağı planlaşdırır. Bu haqda Fineco/abc.az məlumat yayıb.
“Akademiyaların açılışı bu il üçün planlaşdırılıb və gələcəkdə də inkişaf etdiriləcək. Biz akademiyaların Zərifə Əliyeva adına məktəbdə, Avropa liseyində və 7 saylı orta məktəbdə açılacağına hazırlaşırıq. Qeyd olunan təhsil müəssisələri Microsoft-un innovasiya layihəsinin tərkib hissəsidir. Layihə çərçivəsində həmçinin müəllimlər üçün kursların təşkil olunacağı nəzərdə tutulub. Bundan əlavə online-məsləhətləşmələr üçün müəyyən vasitələr təqdim olunacaq”, - deyə Madad təşkilatında bildiriblər.
Gələcəkdə İT-akademiyalar həmçinin ali təhsil müəssisələrində də tətbiq olunacaq. Belə ki, bu cür akademiyalar Azərbaycan Dövlət Texniki Universitetində, eləcədə Bakı Dövlət Universitetində təşkil oluna bilər. Lakin hazırda akademiyalar üçün prioritet istiqamət hələ ki məktəblərdir .