Fontu böyüt:
Xeberler.az portalının Rabitə və İnformasiya Nazirliyinin rəsmi internet səhfəsinə istinadən verdiyi xəbərə görə, Azərbaycanda domen adını qeydiyyatdan keçirmək üçün ilk olaraq, ərizə formasını hazırlayıb (http://www.nt.az/reg.txt), [email protected] elektron ünvanına göndərmək tələb olunur.
Məktubun cavabı gəldikdən sonra şəxsiyyət vəsiqəsi ilə Network Technologies şirkətinə müraciət edilir. Domenin qeydiyyatı və texniki dəstək 40 AZN-ə başa gəlir. Texniki dəstəyin təminatı üçün hər il 20 AZN ödənilir. Xatırladaq ki, hazırda
Azərbaycanda ümumilikdə 10 823 domen adı (onlardan 9 848-i .Az domen zonasında) qeydiyyatdan keçib. 2010-cu ildə isə 3 867 domen adı qeyd edilib. Qeyd edək ki, .AZ domen zonasında qeydiyyatdan keçmiş domenlərin sayı çox olsa da, onların əksəriyyəti fəaliyyət göstərmir.
Bütövlükdə isə domen zonalarında qeydiyyatdan keçmiş ünvanların göstəriciləri aşağıdakı kimidir: .mil.az - 1 .bilesuvar.az - 1 .sumgait.az - 1 .samux.az - 1 .zaqatala.az - 1 .imishli.az - 1 .pro.az - 1 .shusha.az - 1 .name.az - 2 .biz.az - 7 .info.az - 19 .co.az - 21 .pp.az - 49 .int.az - 51 .net.az - 63 .org.az - 81 .edu.az - 121 .com.az - 553 .az - 9848