İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

“Elektron məktəb” layihəsi çərçivəsində Milli Təhsil Modeli formalaşır

13.02.2012 [17:22]

Fontu böyüt:      

“Elektron məktəb” layihəsi çərçivəsində tədris müəssisələrində tətbiq olunan texnologiyalar Azərbaycanda informasiya kommunikasiya texnologiyalarına əsaslanan Milli Təhsil Modelini formalaşdırmağa xidmət edir.
 “Elektron məktəb” layihəsi çərçivəsində tədris müəssisələrində tətbiq olunan texnologiyalar Azərbaycanda informasiya kommunikasiya texnologiyalarına əsaslanan Milli Təhsil Modelini formalaşdırmağa xidmət edir. Bu haqda Təhsil Nazirliyinin Təhsil sisteminin informasiyalaşdırılması idarəsinin rəisi Samir Məmmədov bildirmişdir.

Onun sözlərinə görə, bu pilot layihə çərçivəsində əldə edilən təcrübə əsasında Azərbaycanın bütün məktəblərində “Elektron Məktəb” konsepsiyasını tətbiq etmək mümkündür. Bu isə Azərbaycanda aparıcı ölkələr səviyyəsinə uyğun Milli Təhsil Modelinin tam bərqərar olması deməkdir.

“2008-2012-ci illərdə Azərbaycan Respublikasının təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilən “Elektron Məktəb” pilot layihəsinə indiyədək 39 təhsil müəssisəsi cəlb olunmuşdur. Onlardan 32-si ümumtəhsil məktəbləridir. Hazırda layihədə Bakının, Sumqayitın, Lənkəranın, Gəncənin, Şamaxının, İsmayıllının, Şirvanın, Qubanın və Ağdaşın məktəbləri iştirak edir.

“Elektron məktəb” layihəsinin əsas məqsədi seçilmiş təhsil müəssisələrində informasiya texnologiyalarını müasir tələblərə uyğun olaraq tətbiq edərək tədrisin effektiv səviyyədə təşkilini və təhsilin idarəolunmasını təmin etməkdir.

S.Məmmədovun sözlərinə görə, “Elektron məktəb” layihəsi çərçivəsində iştirak edən məktəblər Azərbaycan təhsil şəbəkəsinə optik kabellər vasitəsilə qoşulmuş, onlarda zəruri şəbəkə avadanlığı və proqram təminatı istifadə edilmişdir. Layihədə iştirak edən məktəblərdə “elektron məktəb idarəetmə proqramı”, “elektron dərslər idarəetmə proqramı” və valideyn nəzarət səhifəsi kimi tətbiq olunan komponentlər geniş istifadə olunmaqdadır. Tətbiq edilən həllər nəticəsində həmin məktəblərdə elektron jurnalların, elektron cədvəllərin, elektron gündəliklərın və SMS vasitəsilə şagirdlərin davamiyyəti və dərslərdə iştirakı haqda valideynlərin məlumatlandırması, elektron tərdis resurslarının istifadəsi mümkün olmuşdur. Pilot məktəblər həmçinin Milli Təhsil Portalının funksionallarından da geniş istifadə edirlər.

Bununla yanaşı pilot məktəblərdə “bir şagird – bir kompüter” layihəsi də tətbiq edilir. Təhsil Nazirliyinin və İntel korporasiyasının birgə təşəbbüsü olan “bir şagird – bir kompüter” layihəsi çərçivəsində məktəblilərə həm dərsdə, həm də evdə istifadə üçün netbuklar verilmişdir. Bu tədrisdə informasiya texnologiyalarının tətbiqini daha da effektiv edir.

S.Məmmədovun sözlərinə görə, informasiya texnologiyalarının təhsildə sistemli tətbiqi yaxşı nəticələr əldə etməyə imkan verir. Əldə edilən nəticələr göstərir ki, informasiya texnologiyaları təhsildə mühiti tam dəyişdirir. Ölkə miqyasında buna nail olmaq üçün bir sıra mühümaddımların atılması zəruridir. Məsələn, elektron jurnalın tətbiqi üçün hər bir sinifdə İnternetə qoşulmuş noutbukun və ya kompüterin olması vacibdir.

Orta təhsil sistemində elektron dərsliklərə keçidin də tədricən təmin olunması məqsədəuyğundur. Artıq bir sıra aparıcı dövlətlərdə bu keçid müşahidə olunmaqdadır — təhsil sistemində «ağıllı» kitabların, şagirdlərin iştirakını və araşdırmacılığını sövq edən elektron təhsil resursların istifadəsi genişlənməkdədir. Şagirdin yaradıcılığına imkan yaradan interaktiv elektron vasitələrin yaradılması, saxlanılması və yayılması Bulud (Cloud) texnologiyaları vasitəsilə daha səmərəli və əlçatımlı olur. Bununla da fərdiləşmiş tədris üçün zəruri şərait yaranır və fərdi təhsil alət/cihazına — Netbook və Planşet kompüterə ehtiyac artır. Azərbaycanda da tədricən fərdi kompüterlər vasitəsilə elektron dərsliklərdən istifadə ölkə miqyasında Bulud texnologiyalara keçidi tezləşdirəcəkdir. Belə ki, şagirdlər tədris üçün zəruri materialları və dərslikləri Məlumat və Resurs Mərkəzinin serverlərindən, yəni Təhsil Buludundan istifadə etməklə fərdi təhsil alətinə yükləyə və təhsil nəticələrini keyfiyyətli dərəcədə təkmilləşdirə biləcəklər. Burada «ağıllı» məzmunun yaradılması və ya yerliləşdirilməsi üçün lazım olan infrastrukturun — Data Mərkəzin, Elektron resurs üzrə mütəxəssisləmiş yerli şirkətlər, yerli ekspertlərin və sürətli İnternet bağlantısının mövcüdluğu həlledicidir.

S.Məmmədov ümid edir ki, sadalanan texnologiyalar yaxın gələcəkdə Azərbaycanın təhsil sistemində tətbiq ediləcəkdir. 
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar