Fontu böyüt:
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi Radiotezliklər üzrə Dövlət Komissiyası tərəfindən müəssisə və təşkilatlara ayrılmış tezlik nominallarından təlimata uyğun olaraq istifadəsinə nəzarəti gücləndirir.
Müəssisə və təşkilatlarda radio-elektron vasitələrinə texniki baxışın keçirilməsi haqqında bölgələr üzrə Efirə radio nəzarət məntəqələrinə (ERNM) tapşırıqlar verilib.
Qonşu dövlətlər tərəfindən yayımlanan TV kanallar və radio dalğalarına nəzarətin gücləndirilməsi üçün tədbirlər görülüb və hər bir məntəqəyə göstərişlər verilib. Efirdə kənar maneələrin və dövlət qeydiyyatından keçmədən istismar olunan tezlik nominallarının aşkarlanması sahəsində işlər aparılır.