İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Dünyada ilk internet sayt

17.11.2010 [00:42]

Fontu böyüt:      

İndiki dövrdə bizi əhatə edən o qədər sayt var ki, onları saymaq belə mümkün deyil. Statistikaya görə, müasir insan həftənin ən azı 46 saatını İnternetə sərf edir. Hətta biz internetə WAP mobil servisi ilə də daxil ola bilirik. Bu gün biz sizə dünyanın ilk internet saytı haqda məlumat verəcəyik

İndiki dövrdə bizi əhatə edən o qədər sayt var ki, onları saymaq belə mümkün deyil. Statistikaya görə, müasir insan həftənin ən azı 46 saatını İnternetə sərf edir. Hətta biz internetə WAP mobil servisi ilə də daxil ola bilirik. Bu gün biz sizə dünyanın ilk internet saytı haqda məlumat verəcəyik.

İlk saytın yaradıcısı Tim Berners – Lidir.  Saytın adı www.info.cern.ch -dır. Sayt World Wide Web-in (WWW) yeni texnologiyalarından istifadə, tanışlıq və s. xarakterinə malikdir. Saytda quraşdırmanın əsasları, serverin və brauzerin işləməsi haqda tanışlıqlar verilib.

Berners – Li ilk saytın açılmasına çoxdan hazır idi və nəhayət 1991-cı il 6 avqustda o tarixə düşərək ilk Web sayt yaradıcısı oldu. Berners – Li qeyri-adi istedada malik idi o sanki dünyaya yeni nəfəs gətirdi. 1980-cı ildə Berners məlumatların saxlanılması üçün Enquire qipertekst proqram təminatını yaradır. Daha sonra o Cenevədə Avropa Mərkəzi Nüvə Araşdırmasında (CERN) işləyirkən öz kolleqalarına qipertekst sənədlərindən istifadəni və İnternetdə nümayişi təklif edir. Və 1991-ci ildə CERN WWW. standartını təsdiq
edir. Tim Berners – Li Müasir Web texnologiyasının — HTTP, URI/URL və HTML texnologiyalarının “Ata”sıdır.

Amma halbuki onun nəzəri bünövrəsi çoxdan qoyulmuşdur. Hələ 1940-cı ildə Vannevar Buş insan şüurunun texnologiya vasitəsi ilə genişlənməsi mövzusuna toxunur və dünyaya yeni söz olan “qipertekst” terminini gətirir. Bu düşüncəni isə Berners Vannevar Buşun düşüncəsi ilə reallaşdırır, onun nəzəriyyəsini yeni texnologiya ilə birləşdirir. Timin bu cür beyinə sahib olmasını onun riyaziyyatçı ailəsində böyüməsi ilə əlaqələndirirlər. 1976-cı ildə o, Oxford Universitetinin Fizika sahəsini fərqlənmə ilə bitirir. Universitetdə dərs vaxtı kompüter otağına daxil olaraq kompüter oyunu oynayardı və ya dərs vaxtı dostları ilə xakerlik edərdi. Elə bu səbəbdən universitetde ona kompüter otağına daxil olmağı qadağa qoyurlar. Bu qadağa onu öz şəxsi kompüterini yaratmağa sövq edir. info.cern.ch saytı hazırda da fəaliyyət göstərir. Hazırda Tim Berners – Li World Wide Web Konsorsiumunun rəhbəridir. Bütün saytların əvvəlində olan WWW hərfləri World Wide Web, yəni Dünya Geniş Hörümçək Toru mənasını bildirir. Tim Berners – Lİ 2004-cü ildə “İlin Adamı” adına layiq görülmüşdür.

Tərcümə etdi: Jalə Orucova


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar