İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Azərbaycanın mobil elektron imzanın tətbiqi sahəsindəki təcrübəsi beynəlxalq konfransda təqdim edilib

26.09.2014 [14:51]

Fontu böyüt:      

“Asan İmza” mobil elektron imza texnologiyasının tətbiqi istiqamətində danışıqların başlanılmasına dair razılıq əldə olunub.
Azərbaycan Respublikasının Avropa Şurası Nazirlər Komitəsində sədrliyi çərçivəsində “İnsan hüquqları və qabaqcıl idarəetmə kontekstində dövlət xidmətlərinin göstərilməsi” mövzusunda beynəlxalq konfrans keçirilib.
 
Konfransın əhatə etdiyi əsas mövzular Avropa Şurasının üzv dövlətlərindəki dövlət xidmətlərinin göstərilməsi üzrə qabaqcıl modellərin müzakirə edilməsi, bu kimi modellərin fəaliyyəti üçün zəruri olan prinsiplər və onların inkişafını təmin edən informasiya texnologiyalarının rolunun nəzərdən keçirilməsi və dövlət xidmətlərinin göstərilməsi ilə əlaqədar cari problemlərin və gələcək perspektivlərin müəyyənləşdirilməsi olub.
 
Tədbirdə Avropa Şurasının üzv dövlətlərinin və bir sıra digər dövlətlərin ekspertləri və “vahid məkan” prinsipi üzrə fəaliyyət göstərən xarici dövlət orqanlarının yüksəkvəzifəli rəsmiləri, Avropa Şurasının Katibliyinin əməkdaşları, BMT-nin Dövlət İdarəçiliyi üzrə Ekspertlər Komitəsinin hazırkı sədri və bir sıra üzvləri, Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarının və beynəlxalq hökumətlərarası təşkilatların rəsmiləri, habelə özəl şirkətlərin və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib.
 
 
Konfransda “B.est Solutions” şirkətinin təsisçisi xanım Yana Krimpe dövlət xidmətlərinin göstərilməsi sahəsində innovasiyaların tətbiqi mövzusunda çıxış edərək “Asan İmza” mobil elektron imza layihəsi barədə ətraflı məlumat verib. O, mobil imza xidmətinin iş prinsipi və üstünlükləri haqqında danışaraq Azərbaycanda elektron hökumət konsepsiyasının tətbiqi sahəsində effektiv İT həllər və xidmətlərin göstərilməsi istiqamətində rəhbəri olduğu şirkətin təcrübəsini bölüşüb.
 
 
Azərbaycanın bu unikal layihəsinə həsr edilən təqdimat tədbir iştirakçılarının böyük marağına səbəb olub. Konfrans ərzində bir sıra iştirakçı ölkələrin nümayəndələri ilə Azərbaycanın “Asan İmza” mobil elektron imza texnologiyasının tətbiqi istiqamətində danışıqların başlanılmasına dair razılıq əldə olunub.
 
 
Xanım Krimpe çıxışı zamanı onu da vurğulayıb ki, “Asan İmza” xidmətinin ilkin olaraq dövlət xidmətləri üçün nəzərdə tutulduğuna baxmayaraq, bu xidmət özəl sektor üçün də geniş imkanlar yaradır.
 
 
Qeyd edək ki, “B.est Solutions” şirkətinin Vergilər, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin və Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə həyata keçirdiyi layihə çərçivəsində yaratdığı “Asan İmza” (Mobil İmza) platforması elektron xidmətlərə daxil olarkən rəqəmsal imzalar edən vətəndaşların, dövlət qulluqçularının və hüquqi şəxslərin kimliyini təsdiqləyən mobil identifikasiya və imzalama sistemidir. (ictnews)
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar