İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

“Müəllimlər üçün sosial servislər” kitabının Təqdimatı keçirilib

07.12.2012 [16:59]

Fontu böyüt:      

Multimedia Mərkəzinin nəşr etdiyi bu kitab informasiya texnologiyalarından, xüsusilə də sosial media alətlərindən istifadə etməklə tədris prosesini daha effektiv qurmaq istəyən müəllimlər üçün nəzərdə tutulub.
Bu gün Akademik Zərifə Əliyeva  adına Məktəbdə Multimedia Mərkəzi tərəfindən “Müəllimlər üçün sosial servislər” kitabının təqdimat mərasimi keçirilib.
Kitabın müəllifləri Multimedia Mərkəzinin direktoru, AİF -in prezidenti Osman Gündüz və Təhsil Nazirliyi Təhsil Sisteminin İnformasiyalaşdırılması idarəsinin şöbə müdiri Ramil Süleymanovdur.

Multimedia Mərkəzinin nəşr etdiyi bu kitab informasiya texnologiyalarından, xüsusilə də sosial media alətlərindən istifadə etməklə tədris prosesini daha effektiv qurmaq istəyən müəllimlər üçün nəzərdə tutulub.
Kitabın müəllifləri Osman Gündüz və Ramil Süleymanov Təqdimat mərasimində  çıxış edərək kitab haqqında, onun yazılması səbəbləri və məzmunu haqqında məlumat veriblər.

Təqdimat mərasimində müxtəlif təhsil müəssisələrinin rəhbərləri, müxtəlif fənn müəllimləri, pedaqoqlar və  ictimai qurumalrın təmsilçiləri çıxış edərək informasiya texnologiyaalrının tədrs prosesinə inteqrasiyası sahəsində, social servilərin tərdis prosesinə təbiqi sahəsində kitabın mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər.
Həmçinin kitaba daxil edilən “Uşaqların informasiya təhlükəsizliyinin qorunması üçün tədbirlər” və “Təhsil üçün faydalı İnternet resurslar” adlı əlavə bölmələrin də müəllimlər və valideynlər üçün əhəmiyyətli və faydalı olacağı diqqətə çatdırılıb.

Təqdimat mərasimi Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması idarəsi ilə əməkdaşlıq şəraitində keçirilib.

Kitaba Təhsil Nazirliyi tərəfindən metodiki tədris vəsaiti  qrifi verilib.

Kitab IREX-Media qurumunun dəstəyi ilə həyata keçirilən “İnternet texnologiyalarından və sosial servislərdən təhsil məqsədləri üçün effektiv istifadə mexanizmlərinin yaradılması” Layihəsi çərçivəsində hazırlanıb və çap olunub.
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar