İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Tiflisdə Cənubi Qafqaz kütləvi informasiya vasitələrinin 8-ci illik konfransın keçirilir

20.10.2011 [21:49]

Fontu böyüt:      

Bu gün Tbilisidə səkkizinci Cənubi Qafqaz Media Konfransının "Plüralizm və İnternet idarəetmə" mövzusun ilə açılışı olub. Konfransda əsas mövzu internet mediadır
Bu gün Tbilisidə səkkizinci Cənubi Qafqaz Media Konfransının "Plüralizm və İnternet idarəetmə" mövzusun ilə açılışı olub. ATƏT-in təşkilatçılığı ilə keçiriləcək tədbir iki gün davam edəcək.
Tədbirdə ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç də iştirak edib. O, öz çıxışında bildirib ki, tədbirdə müzakirəyə çıxarılan mövzular hal-hazırda Cənubi Qafqazda media sahəsində ən aktual mövzulardır: "Hər üç Cənubi Qafqaz ölkəsində internet azaddır, lakin dünyada interneti nəzarətə götürmək cəhdləri getdikcə artır. Söhbət ondan getmir ki, hökumətlər interneti tənzimləməlidir, yoxsa yox. Məsələ ondadır ki, internetin məzmunu necə, hansı dərəcədə tənzimlənməlidir və söz azadlığına dost olan alternativ və daha effektiv metodlar varmı?" 
Konfransda ATƏT-ə üzv olan ölkələrdə Internet tənzimlənməsi, İnternetdə plüralizmin inkişafı, müstəqil tənzimləyici orqanların rolu kimi məsələlərə nəzərə salınacaq. Lakin xüsusi diqqət Cənubi Qafqazda söz və media azadlığına yönəlib.
Gürcüstan rəsmi dairələrinin nümayəndələri, konfrans iştirakçılarını salamlayaraq, İnternet plüralizminin inkişafı üçün dövlətin səylərini dilə gətiriblər. Lakin, bu məqam gürcü jurnalistlər tərəfindən öz təsdiqini tapmayıb.
Qeyd edək ki, konfransda Gürcüstan, Azərbaycan və Ermənistandan 70-dən çox jurnalist, dövlət məmuru və alim iştirak edir. Əsas müzakirə mövzusu internet mediası və online kütləvi informasiya vasitələrində plüralizm məsələsidir. Tədbir Almaniya, Fransa, Avstriya, Norveç və İsveçrənin maliyyə dəstəyi ilə təşkil olunub.

Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar