Fontu böyüt:
“Facebook”da tanış olduğu qızı görmək üçün Ərzurumdan Adıyamana gələn 25 yaşlı gənc kafeyə dəvət etdiyi H.E gəlməyincə ov tüfəngindən atəş açaraq özünü öldürüb.
Məlumata görə, Hilmi Bozo adlı gənc sosial şəbəkədə tanış olduğu qızı internet kafedə xeyli gözləyib. Qızın görüşdən imtina etməsinə əsəbiləşən Bozo özü ilə gətirdiyi ov tüfəngini götürərək kafenin tualetinə keçib. Bir qədər sonra tualetdən atəş səsi eşidənlər ora daxil olarkən gənci qan içində görüblər. Hadisə yerinə gələn təcili yardım əməkdaşları Hilmi Bozonun öldüyünü bildiriblər.
Hadisə ilə bağlı aparılan araşdırma zamanı məlum olub ki, Hilmi Bozo bu ilin avqust ayında da H.E tərəfindən aldadılıb. Ərzurumdan Adıyaman gələn Bozo qaldığı oteldə virtual məhəbbətini xeyli gözləməli olub. Lakin H.E Hilminin görüşünə gəlməyib. Virtual məhəbbətinin onu aldatdğını düşünən Bozo tapança ilə intihar etməyə cəhd etsə də, polis əməkdaşları onu fikrindən daşındırıb.