21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Azərbaycanda onlayn sorğu portalı fəaliyyətəbaşladı. www.azerpoll.com ünvanında fəaliyyət göstərən sayt onlayn səsvermə, seçki və sorğular portalıdır. Bu portal demokratik və şəffaf seçkilərin keçirilməsinin cəmiyyətə aşılanması, ictimai rəyin öyrənilməsi və formalaşması funksiyasını yerinə yetirir.
Saytın redaktoru Emil Adisovun xeberler.az-a verdiyi məlumata əsasən, portal siyasi, iqtisadi, mədəni, dini, ictimai və s. sorğuların həyata keçirilməsini reallaşdırmaq məqsədilə yaradılıb.
Hər kəs sayta daxil olaraq 14 kateqoriya üzrə istədiyi sorğularda iştirak edə və hər bir sorğuya öz fikir və rəyini yaza bilər.
Səsvermə zamanı istədiyiniz variantı seçdikdən sonra VOTE (səs ver) düyməsinə basmaqla səs vermiş olursunuz. Lakin nəzərə almaq lazımdır ki, gün ərzində eyni İP-dən yalnız bir dəfə səs verə bilərsiniz. Eyni sorğuya ikinci dəfə səs vermək istəsəniz belə bu mümkün olmayacaq. Çünki sistem bunu qəbul etməyəcək. Bununla da səsvermənin şəffaflığı təmin olunur.
Sorğular 1 ay müddətinə keçiriləcək və nəticələr elan olunacaq. Saytda qeyd olunan bütün sorğular ictimai rəyin öyrənilməsinə xidmət edir və heç bir qanuni və hüquqi qüvvə daşımır.
xeberler.az/Ellada