İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

İnformasiya texnologiyalarının inkişafına görə 61-ci yerdəyik

05.04.2012 [17:41]

Fontu böyüt:      

Ümumdünya İqtisadi Forumu (ÜİF) nformasiya texnologiyalarının inkişafına dair Global Information Technology Report 2012 adlı yeni hesabatını açıqlayıb. Hesabatda dünyanın 142 ölkəsi üzrə şəbəkə hazırlığı indeksi (NRI) öz əksini tapıb.
Ümumdünya İqtisadi Forumu (ÜİF) nformasiya texnologiyalarının inkişafına dair Global Information Technology Report 2012 adlı yeni hesabatını açıqlayıb. Hesabatda dünyanın 142 ölkəsi üzrə şəbəkə hazırlığı indeksi (NRI) öz əksini tapıb. 
RİTN-nin informasiya resurslarından əldə edilən məlumata əsasən,Azərbaycan reytinqdə 3,9 balla 61-ci yerdə qərarlaşaraq ötən ilki mövqeyini 9 pillə yaxşılaşdırıb.
 ÜİF mütəxəssisləri ölkəmizə respublikanın İKT inkişafı və maksimum fayda əldə etmək üçün göstərdiyi səylərdən bəhs edən "Azərbaycan: Sürətlə dəyişən dünyada böyük ambisiyalar" başlığı ilə ayrıca bölmə həsr ediblər. 
Ekspertlər qeyd edirlər ki, ölkə İKT-nin inkişafına xüsusi əhəmiyyət verir. Azərbaycan Qazaxıstan və Rusiya ilə yanaşı MDB məkanında informasiya texnologiyalarının inkişafı baxımından ən inkişaf etmiş ölkə kimi göstərilib. Gürcüstan 88-ci, Ermənistan isə 94-cü yerdə qərarlaşıb. 
Ekspertlər sektorun hökumət üçün prioritet olmasını, innovasiyalara hazırlıq, iqtisadi təsir, əhalinin savadlılığı, İKT xidmətlərindən istifadənin Azərbaycanda İT-nin inkişafı üçün güclü tərəflər olduğunu bildirirlər. 2002-ci ildən tərtib edilən reytinqdə birinci yeri ardıcıl olaraq üçüncü dəfə İsveç tutub. 
İkinci yerdə yenidən Sinqapur, üçüncü yerdə Finlandiya qərarlaşıb. İlk onluğa Danimarka, İsveçrə, Niderland, Norveç, ABŞ, Kanada və Böyük Britaniya da daxildir. 
Mirvari

Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar