İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

“Azad Internet 2010”

25.09.2010 [11:30]

Fontu böyüt:      

Türkiyədə YouTube-un bloklanmasından tutmuş,Facebook-un öz qaydalarına əməl etməməsinə qədər web dünyasının bir çox problemləri müzakirəyə çıxarılıb. İnternet aləmində ən çox problemləri olan ölkə kimi isə daha çox hansı ölkənin adı hallanıb?Azərbaycanda bloqçuluq və medianın sıxışdırılması haqda hansı fikirlər səslənib?

20-22 sentyabr tarixində Budapeştdə  Google və Mərkəzi Avropa Universitetinin birgə təşkilatçılığı ilə “Azad Internet 2010” adlanan layihə təşkil olunub.Bu haqda xeberler.az-a tədbirdə iştirak etmiş Azərbaycanlı nümayəndə "Sosial Yeniliklər Düşərgəsi"nin PR meneceri Rəşad Mehbaliyev məlumat verib.

Tədbirin təşkilatçıları və iştirakçıları arasında Google, YouTube, Facebook, ATƏT, BBC, Dünya Bankı, Fransa Xarici İşlər Nazirliyi, UNESCO, Harvard Kennedi Məktəbi, Oksford İnternet İnstitutu, Yeni Amerika Fondu, Global Voices və s. kimi nüfüzlu şirkət və təşkilatların nümayəndələri olub.

Tədbirin rəsmi açılışını Mərkəzi Avropa Universitetinin Prezidenti və Rektoru Con Şattak və Google şirkətinin Baş Vitse-prezidenti David Drummond edib.Layihə çərçivəsində ilk müzakirə “İnternet və azad ifadənin qısa tarixi” barədə olub.

Tədbirdə Türkiyədə YouTube-un bloklanmasından tutmuş,Facebook-un öz qaydalarına əməl etməməsinə qədər web dünyasının bir çox problemləri müzakirəyə çıxarılıb. İnternet aləmində ən çox problemləri olan ölkə kimi isə daha çox Çinin adı hallanıb.

Tədbirin diqqətçəkən məqamlarından biri ATƏT-dən olan nümayəndə Dunja Mijatovicin Azərbaycanda bloqçuluq və medianın sıxışdırılması haqda fikirləri olub.Dunja Mijatovic,həmçinin, yaxın zamanlarda Azərbaycana səfər edəcəyini də bildirib.

Tədbirin son günü isə nisbətən azad və sərbəst müzakirələrlə yadda qalıb. Belə ki,həmin gün İnternetin milli sərhədləri keçdikcə xeyri ilə bərabər təhlükələr yaratması, məxfilik və ifadə azadlığı arasındakı sərhədlərin müəyyən olunması, milli təhlükəsizlik məsələsinin on-line informasiya azadlığına nə qədər güzəştə gedilə bilməsi məsələləri müzakirə olunub.

Rəşad Mehbaliyevin tədbir haqda daha ətraflı və dolğun təsüratları ilə bu link vasitəsilə tanış ola bilərsiz.

xeberler.az/Ellada


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar