Fontu böyüt:
Bütün gününü kompüter arxasında keçirən insan 10 ildən sonra bağırsaq xərçəngi xəstəliyinə tutula bilər. Avstraliya alimləri apardıqları tədqiqatdan sonra belə bir qənaətə gəliblər, - “salamnyus” xəbər verir.
Alimlər bir neçə insanın xəstəlik tarixçəsini araşdırıb və könüllülər üzərində sınaq keçirib. Məlum olub ki, hətta tez-tez istirahət etmək də uzun saatlarla kompüter arxasında oturmağın fəsadlarını aradan qaldıra bilmir. Bununla yanaşı kişilərdə bu risk qadınlara nisbətən iki dəfə çoxdur. Eyni zamanda kişilərdə prostat vəzinin meydana gəlməsi təhlükəsi də xeyli çoxdur.