Fontu böyüt:
Bu gündən, yəni 01 Aprel, 2010-cu il tarixindən etibarən Azerfon-Vodafone abunəçiləri şəbəkələrarası MMS xidmətindən istifadə edərək digər mobil rabitə operatorunun abunəçilərinə MMS göndərə biləcəklər.
AZERFON MMC və AZERCELL TELECOM MMC tərəfindən imzalanan müqaviləyə əsasən hər iki mobil operatorun abunəçiləri öz aralarında MMS göndərmək imkanından yararlana biləcəklər.
Digər şəbəkəyə MMS–in göndərilməsi xidməti MMS xidməti aktivləşdirilmiş bütün Azerfon-Vodafone abunəçiləri üçün mümkündür. Digər şəbəkəyə göndərilən bir MMS-in qiyməti 0.15 AZN təşkil edəcək.
Abunəçilərin ünsiyyətini daha da rahat və rəngarəng etmək üçün Azerfon-Vodafone yerli və xarici operatorlarla MMS müqavilələrin sayını artıracaqdır.
Xidmət haqqında əlavə məlumat almaq üçün 077 200 11 77 nömrəsinə zəng etmək və ya www.azerfone-vodafone.com internet səhifəsinə müraciət etmək kifayətdir.
Məlumat üçün bildirək ki, hazırda Azerfon şəbəkəsindən 1 600 000-dən çox abunəçi istifadə edir. 2009-cu ildə Azerfon MMC və Vodafone şirkəti arasında qeyri-səhmdar tərəfdaşlıq müqaviləsi imzalanmışdır. 02.12.2009 tarixində Azerfon MMC ölkədə 3G texnologiyaları xidmətlərinin göstərilməsi üçün lisenziya almışdır. Azərbaycanın ən innovativ və sürətlə inkişaf edən mobil operatoru ölkədə ilk dəfə olaraq 3G xidmətinin tətbiqinə başlamış, və yeni Azerfon-Vodafone brendini təqdim etmişdir.