İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

“Google” Azərbaycanın elektron reklam naşirlərini sevindirən qərar qəbul edib

04.04.2014 [09:33]

Fontu böyüt:      

"Google" Azərbaycanın reklam naşirləri üçün önəmli qərar qəbul edib. Belə ki, azərbaycanlılar Amerika və Avropada olduğu kimi, "Google Adsense"da qazandıqları pulları bank hesablarına köçürə biləcəklər.
"Google" Azərbaycanın reklam naşirləri üçün önəmli qərar qəbul edib. Belə ki, azərbaycanlılar Amerika və Avropada olduğu kimi, "Google Adsense"da qazandıqları pulları bank hesablarına köçürə biləcəklər.
 
"ICTnews" elektron xəbər xidməti bildirir ki, martın ortalarında verilən bu qərardan sonra əldə edilən vəsaitlərin köçürülməsinə başlanılıb.
 
Qeyd edək ki, artıq Azərbaycanın elektron naşirləri reklamdan əldə etdikləri pulları bu yolla əldə edə biliblər.
 
Məlumat üçün bildirək ki, internetdə istənilən şəxs və ya istənilən şirkət reklam verə bilər. Onlar da həm öz saytlarını, həm də hansısa məhsullarını reklam edə bilərlər. Şirkətlər "Google"da qeydiyyatdan keçdikdən sonra öz reklamını verir. Burada hansı format seçilirsə, ona uyğun da reklamlar yayılır. Bura şəkil, yazı və ya videoformatlar daxildir. Üstəgəl, "Google" tərəfindən onların hazır ölçüləri də müəyyənləşdirilib.
 
Reklam verənlər öz reklamlarını "Google Adsense"də yerləşdirib hər göstərişə və yaxud da "klik"ə görə nəzərdə tutulan məbləği ödəyəndən sonra həmin reklamı nəşrə  ("publisher") buraxırlar.
 
Xırda və iri saytlar da qeydiyyatdan keçdikdən sonra öz portallarının formatına uyğun istədiyi reklamın kodunu götürərək saytda yerləşdirirlər. Həm sayta girişlərin sayına, yəni reklama baxışlara görə, eyni zamanda "klik"lərə görə onun üzərindən pul qazanırlar.
 
"Google Adsense"-nin də əsas işi bundan ibarətdir. Yəni şirkətlər və ya ayrı-ayrı şəxslər "Google Adsense"-də reklam yerləşdirir, yayımçılar da bu reklamı götürərək öz saytlarında paylaşırlar.
 
Yeri gəlmişkən bildirək ki, reklam verənlər reklamın harada göstəriləcəyi yeri seçir. Elə reklamlar var ki, xəbər saytlarında, "YouTube"da və ya mobil oyunlar zamanı internet istifadəçisinə təqdim olunur. Azərbaycanlılar da bunların hər birini seçə bilər. Tutaq ki, hər hansı bir şəxsin çox məşhur "YouTube" kanalı var. Ora girişlərin  sayı çoxdursa, bu zaman reklamçılar bundan istifadə edir. Ona görə də "YouTube"da baxılan videolarda həmin reklamların banerləri çıxır. Bu banerlər də "Google Adsense"-nin banerləridir. Onlara edilən "klik"lərə və ya baxışlara görə də naşirlər pul qazanır.
 
Bu vaxta qədər Azərbaycan vətəndaşlarının qarşılaşdığı problemlərdən biri də reklamdan qazanılan sözügedən vəsaitin nağdlaşdırılması ilə bağlı olub. Mövzunu bir qədər də aydınlaşdırmaq üçün qeyd edim ki, Amerika daxilində "Google"un verdiyi pulu sayt rəhbərləri həm çeklə çıxara, həm də özünün bank hesabından götürə bilirdi. Amma Azərbaycana gələndə isə "Google" yığılan vəsaiti yalnız çek ilə göndərirdi. Çek 1 ay müddətinə poçtla gəlirdi. Həmin çeki isə Azərbaycanda yalnız 2 bank nağdlaşdırırdı. Onlardan da biri bu yaxınlarda nağdlaşdırmanı dayandırmışdı.
 
Qeyd edim ki, bank tərəfindən həmin çekin nağdlaşdırılması da təxminən 2 ay çəkirdi. Doğrudur, bu zaman tutulan komisyon haqqı elə də böyük olmurdu. Lakin 100 dollar həcmində olan vəsaitin nağdlaşdırma müddətinin iki ay çəkməsi həddindən artıq uzun müddət hesab olunurdu.
 
Burada komisyon tutulmalarının və eləcə də göndərilən vəsaitlərin miqdarının az olması banklara iqtisadi cəhətdən sərf etmirdi. Ona görə də banklar  iqtisadi cəhətdən səmərəli olmayan çeklərə vaxt və işçi ayırmaqda maraqlı deyildilər.
 
Amma "Google"un bu qərarından sonra reklamçıların işi asanlaşıb. Belə ki, şirkət Azərbaycan üzrə bank köçürməsi sistemini işə salıb. Bundan sonra Azərbaycan istifadəçiləri özlərinin bank rekvizitlərini qeydiyyatdan keçirəcək.
 
Beləliklə də  yığılan pullar avtomatik olaraq banka – naşirin hesabına göndəriləcək. Vətəndaş da əziyyət çəkmədən, vaxt itirmədən gedib qazandığı vəsaiti nağdlaşdıra biləcək.
 
Qeyd edək ki, "Google"da bank hesabını dondurmaq xidməti də var. Yəni qazanılan pullar bir yerə yığılaraq saxlanılır. Bundan sonra isə naşir həmin pulu istədiyi vaxt götürür. (ICTnews)

Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar