21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Bakı Metropoliteninin tikilməkdə olan yeni stansiyası informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunub. 2014-cü ilin yanvarda istifadəyə veriləcək “Avtovağzal” metro stansiyasında işlər yekunlaşmaq üzrədir. Hazırda stansiyanın daxili təmir olunur. Təmir başa çatdıqdan sonra stansiyada avadanlıqların quraşdırılmasına başlanacaq.
"Avtovağzal” stansiyasında mobil telefonlar şəbəkəyə qoşula biləcək və sərnişinlər çətinlik çəkmədən əlaqə qura biləcək. Üstəlik İKT-dən həm də təhlükəsizliyi təmin etmək məqsədi ilə geniş istifadə olunub. Bu tədbirlərdən biri də stansiyaların hər bir nöqtəsinin müşahidə kameraları ilə müşahidə olunmasıdır.
Təhlükəsizliklə yanaşı, sərnişinlərin rahatlığı da nəzərə alınıb. Stansiyada ventilyasiya sistemi ilə yanaşı, kondisioner sistemi də tətbiq olunacaq. Yanğın təhlükəsizliyi məqsədi ilə ən müasir optimal sistemlər tətbiq ediləcək.
Məlumat üçün qeyd edək ki, “Avtovağzal” stansiyası digər metro stansiyalarından bir sıra xüsusiyyətlərinə görə fərqlənir. Əvvəlki stansiyalarda platformanın uzunluğu 98 metr idisə, bu stansiyada platformanın uzunluğu 150 metr olacaq. Əvvəlki stansiyalarda vaqonların sayı 5 olduğu halda, yeni xətlərdə ən müasir sistemlərlə təchiz olunmuş 7 vaqonlu qatarlar hərəkət edəcək. Stansiyalarda sərnişinlərin təhlükəsizliyini təmin edən şüşə qapılar (PSD) quraşdırılacaq. (ictnews.az)