İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Azərbaycanda söz azadlığı sahəsində geriləmə müşahidə olunur

28.10.2009 [20:55]

Fontu böyüt:      


Oktyabrın 26-da Avropa Şurası Parlament Assambleyasının media üzrə alt komitəsinə bu təşkilata üzv bəzi ölkələrdə söz və mətbuat azadlıqlarının vəziyyətinə dair hesabat təqdim olunub. Hesabata əsasən, Avropa Şurası dövlətlərində son 3 il ərzində mətbuat azadlığı sahəsində "əhəmiyyətli geriləmə" qeydə alınıb. Hesabatı müstəqil ekspert  Uilyam Horsli hazırlayıb.

RATİ-nin məlumatına əsasən tədqiqatçı və sabiq BBC müxbiri Horslinin hazırladığı hesabat, alt komitənin sədri Endryu Makintoşun mətbuat azadlığına dair AŞ PA üçün hazırladığı və bazar ertəsi Lüksemburqda təqdim edilmiş hesabatının bir hissəsidir.

Hesabatın Azərbaycana aid olan hissəsində, ölkə hakimiyyəti əsas olmadan jurnalistləri həbs etməkdə, onlara həbsdə kobud davranmaqda ittiham edilir. Pozuntular sırasında “Tolishi Sədo” qəzetinin həbs cəzası çəkərkən vəfat etmiş redaktoru Novruzəli Məmmədovun, polis zorakılığına məruz qalan Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun rəhbəri Emin Hüseynovun, qətlinin üstü açılmamış Elmar Hüseynovun, həbsdə olan jurnalist Eynulla Fətullayevin adları hallanır. Uilyam Horsli BBC-nin Azərbaycan xidmətinə müsahibədə media azadlığı üzrə hesabatın əhəmiyyətini belə şərh edib: "Bu hesabatda Avropa Şurasının parlament üzvlərinə son 3 ildə Avropa Şurası məkanında media azadlığı, jurnalistlərə təzyiqlər, onların həbs edilməsi və fəaliyyətlərinin məhdudlaşdırılmasına dair ümumiləşdirilmiş məlumat təqdim olunub. Ən əsas nəticə budur ki, həm Şərqi, həm də Qərbi Avropada jurnalistlərin vəziyyəti daha da kəskinləşib. Azərbaycan, Rusiya, Belarus, Moldova daxil bir neçə ölkədə isə media sahəsində vəziyyət pisləşərək xroniki hal alıb. Bu ölkələrdə mətbuat azadlığı təhlükə altındadır".

Horsli deyib ki, Avropa Şurasını Azərbaycanda həbsdə olan jurnalistlərin sayının Avropanın hər hansı digər ölkəsi ilə müqayisədə ən yüksək səviyyədə olması narahat edir. ““Nota Bene” qəzetinin bu yaxınlarda 3 jurnalistinin mühakimə olunması və onlardan ikisinin diffamasiyaya görə həbs edilməsi, ondan əvvəl isə fanat.az saytının əməkdaşlarının da diffamasiya ittihamı ilə məhkum edilməsi bizi narahat edir” - deyə, o bildirib. Horsli əlavə edib ki, Avropa Şurası diffamasiyanın cinayət məcəlləsində istifadə edilməsi təcrübəsini rədd edir və bunu qəbuledilməz sayır. Bu barədə Avropa Şurası və digər beynəlxalq təşkilatların nümayəndələri dəfələrlə Azərbaycan hökumətinin  diqqətinə çatdırıblar.

Hesabatı ingilis dilində tam oxumaq üçün
http://assembly.coe.int/CommitteeDocs/2009/20091026_HorsleyReport.pdf linkibə müraciət edə bilərsiniz.


xeberler.az
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar