İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

AIF Azərbaycan İnternetinin inkişaf istiqamətlərinin müzakirəsini keçirir

29.10.2012 [11:17]

Fontu böyüt:      

Azərbaycan İnternet Forumunun (AİF) təşkilatçılığı ilə 31 oktyabr tarixində, Park INN otelində Azərbaycan İnternet İdarəçiliyi Forumu mövzusunda Milli Konfrans keçiriləcək. Milli Konfrans IREX Azərbaycan tərəfindən dəstəklənir.
Azərbaycan İnternet Forumunun (AİF) təşkilatçılığı ilə  31 oktyabr tarixində, Park INN otelində Azərbaycan İnternet İdarəçiliyi Forumu mövzusunda Milli Konfrans keçiriləcək. Milli Konfrans IREX Azərbaycan tərəfindən dəstəklənir.

Konfransın məqsədi 6-9 noyabr tarixlərində Bakı şəhərində keçiriləcək beynəlxalq İnternet İdarəçiliyi Forumu (IGF/Internet Governance Forum) ərəfəsində milli İnternet infrastrukturun vəziyyəti ilə bağlı maraqlı tərəflərin iştirakı ilə müzakirələr aparmaqdır.

Milli Konfransda Azərbaycanda İnternetin inkişafı üçün zəruri olan məsələlərin müəyyən edilməsi və həlli yolları ətrafında müzakirələr nəzərdə tutulub.
Milli Konfrans İnternet idarəçiliyi, İnformasiya təhlükəsizliyi və yeni media  mövzuları üzrə  üç sessiyadan ibarət olacaq.
İnternetə əlçatımlıq, onlayn şəffaflıq  və İnformasiya təhlükəsizliyi Azərbaycan İnterneti üçün daha aktual olduğundan bu istiqamətdə  ciddi müzakirələrin aparılması nəzərdə tutulur. Dövlət strukturları, özəl sektor və vətəndaş cəmiyyətini təmsil edən ekspertlərin və mütəxəssislərin müxtəlif sessiyalarda çıxışları nəzərdə tutulub.

Milli Konfransda  Azərbaycan İnternetinin gələcək inkişaf istiqamətləri üzrə dövlət, özəl və vətəndaş cəmiyyəti qurumlarının, beynəlxalq təşkilatların iştirakı ilə müzakirələrin aparılması, onların aradan qaldırılması yollarının müvafiq qurumlara və geniş ictimaiyyətə çatdırılması nəzərdə tutulub.

AİF 5 - 9 noyabr tarixlərdə Bakı şəhərində keçiriləcək mühüm əhəmiyyətli  Beynəlxalq İnternet İdarəçili Forumu (İGF) ərəfəsində Milli Konfransın keçirilməsinin  Azərbaycan İnternetinin inkişafı istiqamətində bütün maraqlı tərəflərin səylərinin gücləndirilməsi üçün bir təkan olacağını düşünür.

AİF bir müddət öncə beynəlxalq  İGF tədbiri ilə bağlı ölkənin bütün maraqlı tərəfləri üçün Müraciət də qəbul etmişdir.


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar