Fontu böyüt:
Google Earth 4.3 – Bu yüksək dəqiqlikli peyk şəkilləri və yerin üçölçülü modeli ilə işləyən proqramdır.Təsvirlərin(hətta bəzən ayrı-ayrı evlərə qədər) miqyasının dəyişilməsində geniş imkanlar və koordinatlarla işləmə bacarığı bu proqramı daha da təkmil edir.Xəritələrə istənilən bucaq altinda baxmaq olar.Xəritələrin böyük bir hissəsi adi 2D formatlı şəkillərdir, lakin bəzi obyektlər(yaşayış məntəqələri) üçölçülü modellər formasında təqdim edilir.
Google Earth proqramı ilə rahat işləmək üçün müasir kompyuter və internetə sürətli qoşulma lazımdır(Əlbəttə dial-up la da işləmək olar ancaq onada proqram zəif təsir bağışlayacaq.
xeberler.az/Ələkbər