İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

“Elektron hökumət” portalına daxil olmaq üçün kod-parol alan istifadəçilərin sayı 21 500-ə çatıb

13.11.2013 [12:42]

Fontu böyüt:      

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Məlumat Hesablama Mərkəzi (MHM) “Elektron hökumət” portalına daxilolmaların növbəti statistikasını təqdim edib. Statistik uçotun aparıldığı tarixdən - 2012-ci ilin dekabrından 2013-cü ilin oktyabr ayının 31-nə qədər portala daxil olanlar haqda toplanan məlumatlar göstərir ki, portala ümumilikdə 392 845 daxilolma qeydə alınıb.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Məlumat Hesablama Mərkəzi (MHM) “Elektron hökumət” portalına daxilolmaların növbəti statistikasını təqdim edib.
 
 Statistik uçotun aparıldığı tarixdən - 2012-ci ilin dekabrından 2013-cü ilin oktyabr ayının 31-nə qədər portala daxil olanlar haqda toplanan məlumatlar göstərir ki, portala ümumilikdə 392 845 daxilolma qeydə alınıb.
 
 Portala müraciət edənlərin ümumi sayı isə 229 398 nəfər olub. Belə ki, 229 398 nəfər ümumən 392 845 dəfə portala baxıb və  579 643 dəfə elektron xidmətlərə müraciət ediblər. Həmin şəxslər 1 367 846 dəfə müxtəlif səhifələrə keçid ediblər və portala sərf etdikləri vaxt ortalama  4 dəqiqə 44 saniyə olub.
 
Ümumilikdə bu gün vətəndaşlarımızın portala marağının artması müşahidə olunmaqla yanaşı, təkrarən portala müraciət edənlərin də kütlə nisbəti artmaqdadır. Bu dövr ərzində portala müraciət edənlərin 58,6%-ni yeni istifadəçilər, 41.4%-ni isə təkrar müraciət edənlər təşkil edib.
 
 
Müqayisə üçün oktyabrın statistikasına nəzər salsaq, bu dövrdə portala 33 658 daxilolma qeydə alınıb. Portala müraciət edənlərin ümumi sayı isə 21,700 nəfər olub. Həmin şəxslər 115,420 olmaqla, müxtəlif səhifələrə keçid ediblər, 78 390 xidmətə müraciət edib və portala sərf etdikləri vaxt ortalama 5 dəqiqə 03 saniyə təşkil edib. Oktyabr ərzində portala müraciət edənlərin 51%-ni yeni istifadəçilər, 49%-ni isə təkrar müraciət edənlər təşkil edib.
 
 
Portala daxil olmaq üçün sadələşdirilmiş kod-parol alan istifadəçilərin sayı bu gün 21 500-ə çatıb. Azərbaycan Respublikasında yaşayan və şəxsiyyət vəsiqəsinə sahib olan istənilən vətəndaş kod-parol əldə edə bilər. Portalın “Facebook” sosial şəbəkəsində istifadəçilərinin sayı isə 92 000 nəfər təşkil edir. Portal üzərindən təqdim edilən xidmətlərin sayı 272 ədəd olub.(ictnews.az)

Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar