İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Jurnalistin peşə fəaliyyətinə görə həbsi mövzusu müzakirə olundu

18.07.2009 [09:28]

Fontu böyüt:      

Dünən,17 İyul tarixində Media Mərkəzində Yeni Nəsl Jurnalistlər Birliyi və Media Mərkəzinin təşkilatçılığı ilə “Jurnalistləri peşə fəaliyyətinə görə həbs etmək olarmı?” mövzusunda debat keçirilib.

Dünən,17 İyul tarixində Media Mərkəzində Yeni Nəsl Jurnalistlər Birliyi və Media Mərkəzinin təşkilatçılığı ilə “Jurnalistləri peşə fəaliyyətinə görə həbs etmək olarmı?” mövzusunda debat keçirilib. Dspiker qismində millət vəkili Nizami Cəfərov və “Ümid” Partiyasının sədri, millət vəkili İqbal Ağazadə çıxış edib.

İlk olaraq çıxış edən İqbal Ağazadə bildirib ki, onun 2000-ci ildən bəri Milli Məclisin deputatı seçilməsindən bəri fəaliyyəti ilə bağlı müxtəlif təhqirlər olub, amma o, heç bir jurnalisti məhkəməyə verməyib. Onun sözlərinə görə, demokratik cəmiyyətdə fikir bildirməsinə görə, jurnalisti cinayət məsuliyyətinə cəlb etmək düzgün deyil.

“Fəaliyyətim müddətində jurnalistlər tərəfindən bir sıra təhqirlərə məruz qalmışam. Buna baxmayaraq heç bir jurnalisti həbs etdirməyə cəhd etməmişəm. Ancaq böyük məmnuniyyətlə bir neçə jurnalisti döyərdim”,- deyə bu məsələ ilə bağlı Nizami Cəfərov bildirib.

Ardınca İ.Ağazadə Milli Məclisin qəzetlərə ali ixtisı olmaya şəxslərin başçılıq etəməməsi haqqında qəbul etdiyi qanuna münasibət bildirərək əlavə edib ki, qəzet biznes fəaliyyəti də ola bilər və hər hansı bir şəxs ali təhsili olmasa belə informasiya satışı ilə məşğul ola bilər.

Nizami Cəfərov da öz növbəsində bəzi KİV vasitələrini peşəkarların idarə etmədiyini, redaktənin düzgün aparılmadığını qeyd edərək əlavə edib ki, bu səbəbdən də qəzetləri ali ixtisaslı peşəkarlar idarə etməlidir. Onun sözlərinə görə, jurnalistika fəliyyəti sahibkarlıq prinsipləri, qanunları ilə tənzimlənməməlidir. Nizami Cəfərovun sözlərinə görə, müstəqil fikir demək hər zaman çətin olub, açıq fikir isə cəzalandırılmamalıdır. Lakin o bildirib ki, vətəni satmaqla məşğul olan jurnalist həbs edilməlidir.

Daha sonra tədbirdə iştirak edən ekspertlər bu ilin payızında Diffamasiya haqqında qanunun müzakirəsi üçün Milli Məclisə müraciət edəcəklərin bildirib. Hər iki millət vəkili bu qanunun qəbulunun çox vacib olduğunu qeyd ediblər. Debat zamanı iştirakçılar bu mövzu ətrafında geniş müzakirələr aparıb, sualları ilə spikerlərə müraciət ediblər.


xeberler.az
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar