21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Azərbaycan dilində İKT ilə əlaqəli yeni sözlər əmələ gəlib və bu sözlüklərin də böyük əksəriyyətinin orfoqrafiyada öz əksini tapmayıb.
Bu barədə APA-ya məlumat verən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, ölkədə İKT-nin inkişaf tempi və informasiya texnologiyalarından istifadə edənlərin artım tempi ilə bu sahədə Azərbaycan dilindən effektiv istifadə uzlaşmır.
Yerli ekspertlərin rəyinə görə, Azərbaycanda İKT sahəsində Azərbaycan dilinin istifadəsi ilə bağlı problemlər mövcuddur. Ölkədə bu prosesin daha səmərəli və effektiv qurulması, İKT sahəsində Azərbaycan dilinin tətbiqinin daha da təkmilləşdirilməsi zəruridir.
Eyni zamanda ekspertlərin fikrincə, Azərbaycanda İKT terminləri üzrə vahid standartların, Azərbaycan dilinə aid İnternet resursların yaradılması böyük əhəmiyyət kəsb edir.
Qeyd edək ki, yerli ekspertlər Azərbaycan dilindən istifadə ilə bağlı internetdə xüsusi portalın, həmçinin dil üzrə onlayn “Təcili yardım” xidmətinin yaradılması və həmçinin yeni lüğətlərin yaradılması ilə yanaşı, mövcud lüğətlərin elektron formaya keçirilməsi təklifini irəli sürüblər. AİF-in “İKT və Azərbaycan dilinin istifadəsi problemləri” mövzusunda keçirdiyi dəyirmi masada da bu problemlə bağlı ictimai müzakirələrin xeyli faydalı olduğu, Dilçilik İnstitutu tərəfindən bu sahədə xeyli görüləcək işlərin olduğu və prosesdə birbaşa RİTN-in müvafiq şöbələrinin aktiv iştirakının vacibliyi vurğulanıb.