Fontu böyüt:
Bakıda cümə axşamı başa çatan VI Beynəlxalq Elm Olimpiadasında azərbaycanlı məktəblilər iki gümüş və beş yeddi medal qazanıblar.
"Bu, Azərbaycan üçün yaxşı nəticədir", - təhsil naziri Misir Mərdanov jurnalistlərə deyib.
"Bizim bu sahədə hələ az təcrübəmiz var və olimpiadaya güclü hazırlaşmaq lazımdır", - nazir deyib.
VI Beynəlxalq Elm Olimpiadası 2-10 dekabr tarixləri arasında Bakıda keçirilib.
Olimpiadada dünyanın 49 ölkəsindən 600 nəfər şagird və müəllimlər iştirak edib. Müsabiqə ingilis dilində keçirilib. Əvvəllər bu Olimpiada 2004-2005-ci illərdə İndoneziyada, 2006-cı ildə Braziliyada, 2007-ci ildə Tayvanda, 2008-ci ildə isə Koreyada keçirilib.