21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Yaponiya fəlakəti iPad2 planşet kompyuterlərin çatdırılmasında gecikmələrə səbəb ola bilər.
Qeyd edək ki, məhsulun istehsalına başlanandan alıcılar tərəfdən yüksək tələbatla qarşılanmışdır. Analitiklərin bildirdiklərinə görə, iPad2 planşet kompyuterinin 5 əsas komponenti yapon istehsalı olan cihazlardır. Söhbət “Toshiba Semiconductor” şirkətinin istehsalı olan fleş-yaddaşdan (NAND), Elpida Memory şirkətindən (DRAM) operativ-yaddaşdan, AKM Semiconductordan “elektron kompasdan”, "Asahi Glass" şirkətindən sensor ekranın şüşə örtüyü və Apple Japan şirkətinin istehsalı olan akkumulyator batareya elementlərindən gedir. Bu şirkətlərin əksəriyyətinin fəlakətin onların istehsalat gücünü sarsıtmadığını iddia etmələrinə baxmayaraq, İHS iSuppli şirkəti xammal çatışmazlığı, texniki problemlər, enerji təchizatında qəzalar və işçi personalın iş yerlərində təhlükəsizlik baxımdan olmamaları səbəbilə bu komponentlərin çatdırılmasında qaçılmaz gecikmələrin olacağını gözlədiklərini bildirib.
Bundan əlavə, hələ də davam edən yeraltı təkanlar istehsalatın tam işə düşməsinə mane olur. /BBC/
“5 bal gücündə yeraltı təkanlar vaxtı istehsal xətləri avtomatik olaraq dayanır”, - deyə "İHS iSupple" şirkətinin analitik eksperti Deyl Ford (Dale Ford) bildirib.