İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Azərbaycan Facebookda Ermənistanı qabaqladı

05.01.2011 [14:40]

Fontu böyüt:      

Bu barədə yanvarın 4-nə olan vəziyyət üzrə “Facebakers” hesabatında deyilir. 2011-ci il yanvarın əvvəlində sosial şəbəkə istifadəçilərinin sayı 2010-cu il dekabrın əvvəli ilə müqayisədə 6,77 faiz (17 700 istifadəçi) artıb. “Facebook”un Azərbaycan seqmenti istifadəçilərin reytinqində 94-cü yerdədir. Bu isə 2010-cu ilin dekabrı ilə müqayisədə iki bənd aşağıdır. Azərbaycandakı İnternet istifadəçilərinin ümumi sayı arasında sosial şəbəkə istifadəçilərinin faizi 0,48 faiz artaraq
Bu barədə yanvarın 4-nə olan vəziyyət üzrə “Facebakers” hesabatında deyilir. 2011-ci il yanvarın əvvəlində sosial şəbəkə istifadəçilərinin sayı 2010-cu il dekabrın əvvəli ilə müqayisədə 6,77 faiz (17 700 istifadəçi) artıb. “Facebook”un Azərbaycan seqmenti istifadəçilərin reytinqində 94-cü yerdədir. Bu isə 2010-cu ilin dekabrı ilə müqayisədə iki bənd aşağıdır. Azərbaycandakı İnternet istifadəçilərinin ümumi sayı arasında sosial şəbəkə istifadəçilərinin faizi 0,48 faiz artaraq 7,57 faiz təşkil edib.

İstifadəçilərin ümumi sayının 63 faizini kişilər, 37 faizini qadınlar təşkil edir. Daxil olanların sayı üzrə birinci yer 18 yaşdan 24 yaşadək (50 faiz) olan müştərilərə, təxminən yarısı 25-34 (26 faiz) yaş kateqoriyasından olanlara, üçüncü yer isə 16-dan 17-dək (9 faiz) yaş kateqoriyasından olan auditoriyaya məxsusdur.

13-15, 35-44 və ondan yuxarı yaş kateqoriyalarının payına altı faiz düşür, iki faiz 45-54 yaş və yalnız bir faiz 55-64, 65 və ondan yuxarı yaş kateqoriyasından olan istifadəçilərin payına düşür.

Azərbaycan "Facebook" sosial şəbəkəsi istifadəçilərinin sayına görə Latviya (214 380 istifadəçi), Belarus (175 380), Qazaxıstan (175 080), Moldova (133 300), Ermənistan (100 880), Özbəkistan (41 580), Qırğızıstan (30 800), Tacikistan (9 660) və Türkmənistan (7 400) kimi ölkələri qabaqlayır.

“Facebakers”in versiyasına görə, ölkələrin ilk beşliyinə ABŞ, İndoneziya, Böyük Britaniya, Türkiyə və Fransa daxildir.

“Facebook” istifadəçilərinin ümumi sayı 574 458 400 nəfər təşkil edir.

“Facebook” şəbəkəsi 2004-cü il fevralın 4-dən fəaliyyətə başlayıb. Bu gün servisdən dünyanın 60 dilində, eləcə də Azərbaycan dilində istifadə olunur. /Trend

Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar