İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

“Google” ABŞ-ın axtarış sistemi bazarının 2/3 hissəsini tutur

16.11.2013 [22:52]

Fontu böyüt:      

“Google” şirkəti ABŞ-ın internet axtarış sistemi bazarında liderlik edir, “Microsoft” korporasiyası payını artırmağa nail olub, "Yahoo!” isə göstəricisini azaldıb. Bu barədə “ComScore” analitik şirkəti bildirib.
“Google” şirkəti ABŞ-ın internet axtarış sistemi bazarında liderlik edir, “Microsoft” korporasiyası payını artırmağa nail olub, "Yahoo!” isə göstəricisini azaldıb. Bu barədə “ComScore” analitik şirkəti bildirib. Oktyabrda “Google” 66,9 faizlik paya sahib olub, “Microsoft” 18,1 faizlik göstərici ilə ikinci yeri tutub, “Yahoo!” şirkəti isə yalnız 11,1 faizlik paya sahib çıxa bilib.

Sonrakı yerlərdə 2,6 faizlə “Ask” və “AOL” (2,6 faiz) axtarış sistemləri qərarlaşıb. Mənası olan axtarış sorğularının ümumi sayı 19,3 milyard təşkil edib. Bu isə o deməkdir ki, "Google”dan 12,9 milyard, “Bing”dən 3,5 milyard, “Yahoo!”dan 2,2 milyard dəfə istifadə olunub. Şirkətlərin bazardakı mövqeyi ötən rübdəki kimi dəyişməz qalıb. Lakin qeyd etmək lazımdır ki, “Yahoo!” artıq neçə ildir ardıcıl olaraq payını itirir. Bu 2011-ci ilin dekabrında “Bing” tərəfindən onun ikinci yerdən sıxışdırması ilə nəticələnib. İl yarım əvvəl istifadəçilər axtarış sorğularının 16 faizini “Yahoo!” portalından göndərirdilər. 2012-ci ildə şirkətin payı 12 faizədək azalıb.

 “Google” ABŞ internet şirkəti olmaqla bütün axtarış sistemləri arasında liderdir. 1998-ci ildə Larri Peyc və Sergey Brin tərəfindən yaradılan şirkət 2004-cü ildə 1,9 milyard dollar dəyərində səhmlərin ilk yerləşdirilməsini həyata keçirib. Hazırda “Google”dünya axtarış sorğuları bazarının 80 faizindən çoxuna sahibdir.

Şirkətin əsas gəlir mənbəyini sistemin səhifələrində axtarışın nəticələri ilə bənd edilən onlayn reklam təşkil edir. “Google” axtarış sistemi ilə yanaşı, dünyanın ən populyar “YouTube” videohostinqinin sahibidir, “Gmail” poçt servisi və “Google+” sosial şəbəkəsinin idarəedicisidir, habelə mobil qurğular üçün “Android” əməliyyat sisteminin tərtibatçısıdır. (ictnews.az)
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar