İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Elektron xidmətlərin sayı artır

27.07.2012 [18:27]

Fontu böyüt:      

Gənclər və İdman Nazirliyi tərəfindən təqdim olunan 3, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin göstərdiyi 1 və Müəllif Hüquqları Agentliyinə məxsus 1 elektron xidmətlər portala inteqrasiya edilib.
Azərbaycanda «Elektron hökumət» portalına yeni xidmətlər inteqrasiya olunub.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-ECONOMICS»ə verilən məlumata görə, Gənclər və İdman, Ekologiya və Təbii Sərvətlər nazirlikləri və Müəllif Hüquqları Agentliyi «Elektron hökumət» Dövlət İnformasiya Sisteminə (EHDİS) qoşulub. Gənclər və İdman Nazirliyi tərəfindən təqdim olunan 3, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin göstərdiyi 1 və Müəllif Hüquqları Agentliyinə məxsus 1 elektron xidmətlər portala inteqrasiya edilib.

Gənclər və İdman Nazirliyi tərəfindən göstərilən xidmətlərə fəxri adların verilməsi üçün təqdimat, gənclər təşkilatları layihələrinin qismən maliyyələşdirilməsi ilə bağlı Nazirlik tərəfindən elan olunmuş müsabiqəyə dair şərtlər, gənclərin beynəlxalq tədbirlərdə iştirakı ilə bağlı anket forması və qeydiyyat forması daxildir.

Ekologiya və təbii sərvətlər sahəsinə dair «elektron xidmət» Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətlərinə aid edilmiş mal və materialların idxalına və ixracına razılığın verilməsini əhatə edir.

«Elektron hökumət» portalına inteqrasiya edilən növbəti «elektron xidmət» isə Müəllif Hüquqları Agentliyinin təqdim etdiyi müəllif hüquqlarının «elektron qeydiyyat»ından ibarətdir. Bu xidmət sayəsində müəllif hüquqlarının qeydiyyatının elektron qaydada həyata keçirilməsi təmin olunur.

Nəticədə, hazırda «Elektron hökumət» portalında 22 dövlət qurumu 120 xidmət göstərir.(APA)
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar