İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Rabitə sektorunda təbii fəlakətin nəticələri aradan tam şəkildə qaldırılmayıb

22.09.2010 [19:54]

Fontu böyüt:      

Kür və Araz çaylarının daşması zamanı baş vermiş təbii fəlakət nəticəsində sahil zolağında yerləşən rayonların yaşayış məntəqələrində rabitə qurğularına, xətt şəbəkəsinə, ATS binalarına, beynəlxalq və şəhərlərarası kabel magistrallarına, eləcə də poçt şöbələri binalarına və avadanlıqlara ciddi ziyan dəyib.

Kür və Araz çaylarının daşması zamanı baş vermiş təbii fəlakət nəticəsində sahil zolağında yerləşən rayonların yaşayış məntəqələrində rabitə qurğularına, xətt şəbəkəsinə, ATS binalarına, beynəlxalq və şəhərlərarası kabel magistrallarına, eləcə də poçt şöbələri binalarına və avadanlıqlara ciddi ziyan dəyib.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun verdiyi məlumata görə, Nazirlər Kabinetinin 09 iyul 2010-cu il tarixli qərarına uyğun olaraq, təbii fəlakət zonasında telekommunikasiya və poçt infrastrukturuna dəymiş ziyanın 2 ay müddətində aradan qaldırılması və rabitənin bərpası üçün kompleks tədbirlərin görülməsi məqsədilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin ”Aztelekom” İstehsalat Birliyi (İB) və “Azərpoçt” MMC üzrə Tədbirlər Planı hazırlanıb və planın icrası istiqamətində zəruri tədbirlər görülüb.

Tədbirlər Planına uyğun olaraq, “Aztelekom” İB tərəfindən Hacıqabul, İmişli, Neftçala, Sabirabad, Zərdab, Saatlı və Salyan rayonlarının 41 yaşayış məntəqəsindən 36-da zədələnmiş və dağılmış rabitə xətlərinin, bina və qurğuların bərpası ilə bağlı nəzərdə tutulmuş tədbirlərin icrası tam təmin edilib. Lakin Sabirabad rayonunun Qasımbəyli, Muradbəyli, Əsgərbəyli, Axtaçı və Saatlı rayonunun Novruzlu kəndlərində suyun çəkilməməsi və əhalinin kəndlərə geri qayıtmaması səbəbindən nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsi hələlik mümkün olmayıb.

Tədbirlər Planı çərçivəsində “Azərpoçt” MMC tərəfindən Salyan Poçt Filialının 1 saylı və Hacıqabul Poçt Filialının (PF) Talış kənd poçt şöbələri üçün yeni binalar tikilib, eləcə də Salyan PF-nin 5 saylı poçt şöbəsi, Hacıqabul PF-nin Meyniman, Sabirabad PF-nin Ulacalı, Mürsəlli , Qasımbəyli , Muradbəyli, Balahəşimxanlı və Saatlı PF-nin Dəllər kənd poçt şöbələrinin binaları cari və əsaslı təmir olunub.

LENT.AZ


 


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar