Fontu böyüt:
Beynəlxalq
Mətbuat Mərkəzində Vergilər Nazirliyiynin orqanı olan “Vergilər” qəzetinin təşkilatçılığı
ilə “Elektron xidmətlər: səmərəli idarəçilik və yeni nailiyyətlər” mövzusunda dəyirmi
masa keçirilib.
Tədbirdə
İqtisadi İnkişaf Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin,
ASAN xidmətin, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və s. rəsmiləri, Azərbaycan
İnternet forumun prezidenti Osman Gündüz iştirak ediblər.
Tədbiri
“Vergilər” qəzetinin baş redaktoru Anar Əliyev açaraq elektron hökumət sahəsində
görülən işlərin mətbuata və cəmiyyətə az ötürülməsindən şikayətlənib: “Bəzən elə
bir vacib layihə həyata keçirilir ki, həmin layihə haqqında cəmiyyətə
informasiya çox az ötürülür. Əgər sən böyük bir iş görmüsənsə onu mətbuat
bilmirsə, deməli az iş görmüsən. Bu mənada görülən işlərin faydalı tərəfləri cəmiyyətə
çatdırılmalıdır”.
Tədbirdə
çıxış edən "Professional müsahib" jurnalının redaktoru Mehdi Babayev qeyd edib
ki, elektron xidmətlər çox aktual və vacib
məsələdir. Həmin xidmətlərin başlıca funksiyası şəffaflığın təmin olunması,
korrupsiyaya qarşı mübarizədir.
Azərbaycan
İnternet Forumun prezidenti Osman Gündüz tədbirdə bildirib ki, elektron xidmətlər haqqında cəmiyyətin məlumatlandırılmalıdır:
“Elekton xidmət təqdim edildikdən sonra həmin xidmətlə bağlı televiziyalarda
diskusiyalar aparılmalı, məlumatlar vətəndaşlara ekran vasitəsilə
çatdırılmalıdır. Təəssüf ki, bununla bağlı, ciddi gəlişmələr müşahidə edilmir”.
AİF
prezidentinin sözlərinə görə, elektron xidmətlər ilk növbədə sadə vətəndaşa
xidmət etməlidir: “Elektron xidmət portallarının statistikasına nəzər salanda,
cəmi bir neçə xidmət kütləvi xarakter daşıyır. Qalan xidmətlərdən isə 3-5 nəfər
istifadə edir. Ona görə də biz deyə bilmərik ki, ölkədə elektron xidmətlərdə
kütləvilik təmin olunur. Kütləvi və sosial əhəmiyyətli xidmətlərin inlk növbədə elektron fromaya keçirilməsinin qanunverici əsaslar hazırlanmalıdır. Yəni vacib xidmətlər ilk növbədə elektrona çevrilməli və geniş kütləyə xidmət etməlidir”.
Osman
Gündüz onu da vurğulayıb ki, xarici ölkələrdə elektron hökumət sözündən artıq
istifadə olunmur: “Xaricdə daha çox mobil hökumət, mobil xidmətlər sözündən
istifadə olunur. Əgər bizdə böyük məblğdə vəsaitlər bu sahəyə qoyulursa, dərhal
bu xidmətlər mobil texnologiyalar üzərinə gətirilməlidir”.
Tədbirdə
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmisi İlqar Abdullayev çıxış edərək vətəndaşlardan ən çox tələb olunan
arayışların elektronlaşdırılacağını bildirib:
“Elektron
Hökümət” portalı vasitəsilə bir çox arayışların elektron şəkildə verilməsi üçün
hazırlıq işlərinin görülür. Yaşayış yerindən arayışın verilməsi, diplomlar barədə
arayışın verilməsi, rabitə xidmət borclarının olmaması haqqında arayışların
verilməsi, kommunal xidmətlər borcu olmaması haqqında arayışlar, abituriyentin
ali məktəbə daxil olması, iş yerində əmək haqqları barədə arayış, sağlamlıq barədə
tibbi elektron arayışın verilməsi, pensiya kapitalı barədə, şəxsiyyət vəsiqəsinin
elektron surəti haqqında və s. xidmətlər elektron formada həyata keçiriləcək.
Bu xidmətlərin elektronlaşdırılması həm rüşvətin, həm də bürokratik maneələri
aradan qaldıracaq”.
Tədbir dövlət qurumlarının elektron xidmətlərlə əlaqəli məsul şəxslərinin çıxışları ilə işini davam etdirib.
Mirvari Nəcəf