Fontu böyüt:
ABŞ-ın Arizona ştatının alimləri bildirir ki, kompyuter klaviaturasının yalnız künc-bucağında 400-dən artıq növdə bakteriya var.
Xeberler.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu, hər gün insan bədəninə düşən bakteriyalarldan 3 dəfə artıqdır. «Ümumilikdə klaviaturada 10 milyonadək bakteriya olur. Hər gün hər yerdə biz bakteriyaların əhatəsindəyik. Amma kompyuter klaviaturasında olan bakteriyalar daha təhlükəlidir. Çünki biz onları işləyərkən qidalanan zaman yeməklə birlikdə uduruq», - deyə tədqiqat müəllifləri bildirir.
Alimlər bu üzdən kompyuter arxasında qidalanmaqdan qaçmağı, klaviaturanı tez-tez dezinfeksiya etməyi məsləhət bilir.