21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Çinin simsiz şəbəkələr üçün WAPI standartı (təhlükəsizlik protokolu) beynəlxalq dəstək ala bilər.
APA-nın məlumatına görə, üç il öncə Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) WAPI standartını qəbul etməyib, lakin hazırda ISO, həmçinin ABŞ, Böyük Britaniya və Fransa başda olmaqla, bir çox ölkə təkrarən Çini bu texnologiyanı müzakirə çıxarmağa dəvət edib.
WAPI standartının beynəlxalq səviyyədə təsdiqinə nail olmayan Çin hökuməti onun ölkə daxilində, Pekində keçirilən olimpiya oyunları zamanı istifadə edilən telekommunikasiya avadanlığında və universitet şəhərciklərində tətbiqinə başlayıb. Məsələn, «China Mobile» və «China Telecom» rabitə operatorları yalnız Wi-Fi və WAPI texnologiyalarından istifadə edib. Bu addımın atılması Çin ərazisində texnologiyanın kommersiyalaşdırılmasına və ABŞ-ın WAPI standartına qarşı mövqeyini dəyişməsinə imkan yaratdı.
Bundan başqa, «Intel» şirkəti «Centrino» platformasında WAPI dəstəyini əlavə edəcəyini elan edib. «Motorola» şirkəti isə bu yaxınlarda Wi-Fi və WAPI texnologiyaları ilə təchiz edilmiş mobil telefonların istehsalına başlayıb.