Fontu böyüt:
"Azercell Telecom" MMC "Super BizdənBizə" tarif paketində dəyişikliklər edib. Şirkətin məlumatına görə, sentyabrın 22-dən etibarən cari faktura dövrü ərzində 0,9 manat dəyərində zəng edən fakturalı xətt abunəçilərindən əlavə olaraq bir manat götürüləcək.
"Super BizdənBizə" tarif paketindən istifadə edən SimiSim və Azercell fakturalı xətt abunəçiləri şəbəkə daxilində 50 faiz güzəştlə danışmaq imkanı əldə edir.
"Super BizdənBizə" tarif paketində SimSim abunəçilərinə şəbəkədaxili zənglər 4 saniyə 1 kontur, digər operatorlara zənglər isə 1 saniyə 2 kontura başa gəlir. Fakturalı xətt abunəçiləri "Super BizdənBizə" tarif paketi çərçivəsində dəqiqəyə 0,05 manat tariflə, respublikadaxili digər operatorlarla isə dəqiqəyə 0,30 manat tariflə danışa bilərlər.
"Super BizdənBizə" tarif paketinə qoşulmaq üçün SimSim abunəçiləri "Super" sözünü yazıb 7575-ə, fakturalı xətt abunəçiləri isə 650 nömrəsinə qısa mesaj gondərməlidirlər.