21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Aztelekom.Net” internet provayderi “Aztelekom” İstehsalat Birliyi şəbəkəsinin abunəçiləri üçün MDB məkanında ilk dəfə olaraq internetə “parol”suz giriş imkanı verən xidmətin tətbiqini davam etdirir.
RITN-in mətbuat xidmətindən verilən məlumata görə, bu xidmətin regionlarda uğurlu tətbiqi paytaxt sakinləri arasında da maraq doğurduğundan, “Aztelekom” və Bakı Telefon Rabitəsi İstehsalat birliklərinin birgə layihəsi olaraq bu xidmətin BTRİB şəbəkəsinin abunəçiləri də kompüterlərində “şəbəkə bağlantıları” pəncərəsinin “qoşulma nömrəsi” qrafasına “178” yazıb “qoşul” komandasını verməklə internetə qoşula bilərlər.
Xidmət “Aztelekom.net” İnternet xidmətləri mərkəzinin istifadəçiləri üçün internetdən bir saatlıq istifadə üçün 0,3 manat həcmində olmaqla, dəqiqələrə görə hesablanan xidmət haqqı abunəçinin ünvanına göndərilən ümumi ödəniş qəbzində nəzərə alınır və bu zaman qəbzdə istiqamət üzrə kod əvəzinə “178” – internet servis kodu qeyd olunur.
Tətbiq olunan xidmətin əsas üstünlüyü ilk növbədə istifadəçilər üçün rahat, sadə, etibarlı və ən başlıcası, vaxt itkisinin qarşısını almağa imkan verən internet xidmətinin təşkilidir. Belə ki, “178 – “parol”suz İnternet” xidmətinin istifadəçiləri internetə qoşulmaq üçün müqavilə bağlamaq və ya internet kartlarını əldə etmək məcburiyyətindən azaddırlar ki, bu da öz növbəsində həm vaxta qənaət, həm də telefon xətti olan istənilən yerdən internetə çıxış imkanının olması baxımından əlverişlidir.