Fontu böyüt:
ABŞ-ın Şimali Karolina ştatındakı “Charlotte Motor Speedway” avtodromunda dünyanın ən nəhəng HD ekranı quraşdırılıb. Bu haqda avtodromun rəsmi saytında məlumat verilib.
Ekranın eni 61 metr, hündürlüyü isə 24,3 metrdir. Konstruksiyanın ümumi çəkisi 330 tondan çoxdur. Panasonic şirkətinin istehsal etdiyi Tablo 158 ədəd işıqsaçan diodlu kristall panellərindən ibarətdir. Onun quraşdırılmasına dörd ay vaxt sərf edilib.
Ekran 720 piksel təsvir ölçüsündədir. Avtomobil yarışları həmin iri monitorda canlı yayımlanacaq. İlk canlı yayım may ayının 21-də avtodromda “NASCAR Sprint All-Star Race” yarışları zamanı olacaq.
Qeyd edək ki, ötən rekord Texas ştatındakı “Dallas Cowboys” stadionunda quraşdırılan HD ekranına məxsus olub. Onun eni 55 metr, hündürlüyü isə 22 metrdir.