Fontu böyüt:
Yaxın gələcəkdə başlanacaq layihənin növbəti mərhələsi zamanı bu cür əlverişli şərtlərlə kompüter ala biləcək peşə sahiblərinin siyahısı genişləndiriləcək.- bu bəyanatla HP şirkətinin MDB ölkələri üzrə baş direktoru Rudi Kozak çıxış edib.
R.Kozak kompüter almaq üçün faizsiz olaraq 12 ay müddətinə kredit götürmək üçün əlverişli imkanlar yaradan “Xalq Kompüteri” layihəsinin əldə etdiyi böyük uğurları yüksək qiymətləndirib.
HP şirkətinin MDB ölkələri üzrə baş direktorunun sözlərinə görə hazırda sözügedən layihədə müəllimlər iştirak edir, lakin yaxın gələcəkdə başlanacaq layihənin növbəti mərhələsi zamanı bu cür əlverişli şərtlərlə kompüter ala biləcək peşə sahiblərinin siyahısı genişləndiriləcək.