21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Avqustun 31-də ölkənin əsas internet provayderi «Delta Telekom» elan etdi ki, sentyabrın 1-dən Azərbaycanda internet qiymətləri 3 dəfə aşağı düşür. Lakin çox təəssüf ki, məsələ heç də internet istifadəçilərinin gözlədiyi kimi olmadı.Çünki bəzi provayderlərə qiymət endirmi müşahidə olunmadı.
«Delta Telekom» şirkətinin texniki direkoru Rahid Ələkbərli isə deyir ki, istifadəçilər aşağı qiymətlə internet istəyirlərsə, hələ gözləməlidirlər:
- Qiymət endi deyildisə, internet istifadəçiləri sabahdan gedib provayderlərdən aşağı qiymət tələb etməməlidir. Çünki buna müəyyən vaxt sərf edilməlidir. İstifadəçilər və provayderlər arasında olan resurslar genişləndirilməlidir, sürətin artırılması prosesləri getməlidir.
Sentyabrın 1-dən elan olunan yeni qiymətlərə görə, provayderlər «Delta Telecom»dan aldıqları 1 MB/san internet üçün təxminən 110 manat ödəyəcəklər. Əvvəl bu qiymət 275 manat idi.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə məsələyə münasibət bildirərək deyib ki, qiymətin enməsi üçün əsas provayder «Delta Telekom» qiymətləri salmalıdır:
- Qiyməti salan «Delta Telekom»dur. Yəni, bu şirkət topdansatışla məşğuldur. İkinci dərəcəli provayderlər ondan ucuz alsalar, onlar da qiyməti endirəcəklər. Məsələ ondadır ki, «Delta Telekom» bunu hamıya tətbiq etmir. Həcmi çox alan provayderlər üçün qiyməti salır. Böyük provayderlər buna hazırdır, kiçiklərsə yox. İndi biz gözləyirik ki, böyük provayderlər çox alıb ucuz satsınlar, rəqabət də onda olacaq.