Fontu böyüt:
HP, Canon Inc. ilə 25 illik əlaqəsini yeni proyektlə daha da genişləndirdi. Yeni kanal proqramının məqsədi nəşriyyat sahəsində rəqəmsal texnologiyanın işini daha da asanlaşdırmaqdır.
Uğurlu birlik sayəsində şirkətlər, Canon-un çox funksiyalı ofis sistemlərinə, HP LaserJet və çox funksiyalı printer-lərə, nəşriyyatdakı problemi həll edəcək texnologiyaya daha yaxın olacaqlar.
HP şirkətinin nümayəndəsi Bill DeLacy qeyd edib ki, Şirkətlər kağız əsaslı əməliyyatlardan dijital əməliyyatlara keçdikləri üçün nəşriyyat və rəqəmsal mütəxəssisləri arasında körpü rolunu oynayacaq HP şirkəti ilə çalışmalıdırlar.
Dijital məzmun ilə birlikdə, qlobal şirkətlər sənəd bolluğuna nəzarət etmək və məlumatlarını səliqəli etmək məqsədiylə yenilikçi texnologiya həllərinə ehtiyac duymaqdadırlar. HP, şirkətlərin sənədləri daha sürətli və aramsız bir şəkildə dijital və fiziki keçişlər vasitəsilə daşımalarını təmin etmək üçün çalışır,nəşriyyat sahəsində işi yüngülləşdirmək istəyir.