21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Azərbaycanın ilk telekommunikasiya peykinin hazırlanması və orbitə çıxarılması layihəsi üzrə işlərin həyata keçirilməsinə baxış məqsədilə rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədovun rəhbərliyi ilə nümayəndə heyəti ABŞ-da, “Orbital Sciences Corporation” şirkətinin Dalles şəhərində (Virciniya ştatı) yerləşən mənzil qərargahında təşkil olunmuş rəsmi toplantıda iştirak edib.
Tədbirdə Azərbaycan Respublikasının ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Yaşar Əliyev, Malayziyanın “MEASAT Satellite Systems” şirkətinin, “Orbital Sciences Corporation” və onun subpodratçılarının nümayəndələri iştirak ediblər.İclasda müqavilə imzalandığı tarixdən etibarən görülmüş tədbirlər, peykin istehsalı və orbitə çıxarılması ilə əlaqədar qarşıda duran məsələlər müzakirə edilib.
İşgüzarlıq və əməkdaşlıq şəraitində keçirilmiş iclas əsnasında iştirakçılar yaxın zamanda peykin və yerüstü avadanlığın layihələndirilməsi ilə bağlı ilkin məlumatları müzakirə edib, qarşılıqlı fikir mübadiləsi aparıblar. Həmçinin İltimas Məmmədovun və Yaşar Əliyevin “Orbital Sciences Corporation” şirkətinin rəhbəri Deyvid Tomsonla görüşündə Azərbaycanın ilk telekommunikasiya peykinin hazırlanması və orbitə çıxarılması layihəsinin Azərbaycanla ABŞ arasında informasiya texnologiyaları sahəsində iqtisadi münasibətlərin inkişafına əhəmiyyətli töhfə verəcəyini bildirilib. Bundan əlavə Azərbaycan nümayəndə heyəti peyk istehsalı, inteqrasiyavə test prosesləri aparılan ərazi ilə tanış olub.
mənbə: mincom.gov.az